SİYASƏT
A- A A+

Əcnəbi hüquq müdafiəçisi Xocalı soyqırımı haqqında kitab yazacaq

2015-10-22 11:55:29

İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ölkəmizə səfəri çərçivəsində oktyabrın 21-də “Xocalıya Ədalət Beynəlxalq Kampaniyası” Beynəlxalq İctimai Birliyinin ofisində olub

AZƏRTAC xəbər verir ki, ictimai birliyin icraçı direktoru Yusif Məmmədəliyev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətləri, xüsusilə Xocalı qətliamı barədə məlumat verib. O, Azərbaycan tarixində ən qanlı hadisələrdən olan bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərin dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını söyləyib. İcraçı direktor Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərdən də danışıb.

Görüşdə qonağa 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verilib. Bildirilib ki, kampaniya hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə davam etdirilir. Məqsəd dünya ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsidir. Aparılan məqsədyönlü iş nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, Bosniya və Herseqovina, Peru, İordaniya parlamentləri, ABŞ-ın 17 ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis XX əsrdə Xocalı soyqırımı kimi dəhşətli bir faciənin törədilməsinin qəbuledilməz olduğunu bildirib. O, İndoneziyada Xocalı soyqırımının tanıdılması istiqamətində iş görəcəklərini diqqətə çatdırıb. Nur Xolis araşdırdığı və topladığı məlumatlar əsasında Xocalı soyqırımı ilə bağlı kitab yazacağını deyib.Görüşdə Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib, qonağın sualları cavablandırılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 964

QHT və MEDİA

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

2019-03-18 11:10:25

QHT və MEDİA
Prezident İlham Əliyevin əfv Sərəncamı ...
Prezident İlham Əliyevin əfv Sərəncamı ...

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqla...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...