2019-10-03 18:30:30 | QHT VƏ MEDİA
Şuranın dəstəyilə QHT növbəti tədbirini keçirib

.

Bu gün Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində “Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.

Tədbirə KOBİA-nın tədris və konsaltinq şöbəsinin müdiri Elməddin Hacıyevin çıxışı ilə başlanıldı. Elməddin Hacıyev treyninq iştirakçılarını salamladıqdan sonra KOBİA-nın ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəklənməsindən, fəaliyyətlərini tənzimləməsindən, eləcə də, maraqlarının qorunmasından və problemlərinin həllində iştirak edərək, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətini və qadın sahibkarlığının inkişafını təşviq etməsi istiqamətində gördüyü işlərdən eləcə də, agentliyin qarşısında duran məsələlərdən danışdı.

Sonra isə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev “Şərikli Biznes” təliminə başladı. Treyninq zamanı “Şəxsi biznesin qurulmasına maraq”, “Uğurlu ortaqlığın təminatı, ortaqlar arasında anlaşma sənədinin hazırlanması”, “Birgə biznesin formaları, bacarığa görə ortaqlıq modelləri”, “ Biznesdə birgə fəaliyyət və onu uğursuzluğa aparan səbəblər” və digər mövzularda iştirakçılara geniş məlumat verildi.

Tədbirdə 10-a yaxın sahibkarlıq sferasını tənzimləyən dövlət qurumlarının ekspertləri, şərikli biznesdə maraqlı olan təşəbbüskarlar, sahibkarlar və QHT nümayəndələri olmaqla ümumilikdə 30-a yaxın şəxs iştirak etmişdir.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilərək onlarla xatirə şəkli çəkildi.

Fact-info.az

Baxış sayı : 687
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq 2020-11-26 08:55:09 Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN 2020-11-26 08:50:53 “France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımladı 2020-11-26 08:25:11 “Ermənistanın vurduğu zərərin ödənilməsi istiqamətində işlər aparılır” 2020-11-26 08:10:26 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 2020-11-25 18:30:48 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib 2020-11-25 11:10:22 Tarix kitabları yenilənəcək 2020-11-25 09:50:20 Ordumuz Kəlbəcərə bir neçə istiqamətdə daxil oldu 2020-11-25 09:20:24 "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq" 2020-11-25 09:05:23 "Sizin rəhbərliyinizlə xalqımızın rifahı daha da artacaq" - Vətəndaş məktubları 2020-11-25 08:50:27 Azərbaycan Ordusu BMT TŞ-nin yerinə onun 822 saylı qətnaməsini icra etdi 2020-11-25 08:35:04 Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11