TƏDQİQATLAR
A- A A+

Nikol Paşinyanın BMT-də söylədiyi yalanlar: kölə təfəkkürü və infantil siyasi məntiqsizlik

2019-10-03 07:30:15

BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edənlər arasında Ermənistanın baş naziri Nikol Paşinyan da olub. Onun çıxışı məzmunca çox zəif və əslində, zərrə qədər də əhəmiyyəti olmayan bir mətndən ibarətdir.

Lakin N.Paşinyan BMT tribunasından elə yalanlar danışıb, dünyanı o səviyyədə aldatmağa çalışıb ki, onların psixoloji aspekti maraqlı gəlir. Analiz göstərir ki, N.Paşinyanın dəfələrlə eyni rakursdan çıxış etməsi, onun mənəvi, siyasi və psixoloji olaraq anormallığının ifadəsidir. Əslində, absurd olan, lakin özü üçün həqiqət kimi görünən fikirləri təkrar-təkrar insanlara deməkdən usanmayan erməni baş nazir, BMT-dəki çıxışı ilə məntiqi cəhətdən də çox zəif olduğunu nümayiş etdirdi. Onun söylədiyi fikirlərin üzərində yuxarıdakı məqamlar kontekstində bir qədər geniş dayanmağı lazım bilirik.

Yalançının qısa yaddaşı: Paşinyanın özü-özünü təkzibi

Yalançının yalanları üçün xüsusi məkana ehtiyacı yoxdur – hara gəldi ağzını açacaq. Çünki onun başqa formada özünütəsdiq imkanı yoxdur. Yalandan yoğurulan mənəviyyat, yalanla qidalanan şüur həmişə özünə xəyali “ayaqlar” axtarır. Nikol Paşinyanın BMT-nin Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışını dinləyəndə onun manevrlərindən və sifətindəki ifadələrdən bunları oxumaq olardı. Ermənistanın baş naziri dünyanı aldatdığını dəqiq bilirdi və psixoloji sıxıntının təsiri altında inamsız, bir sıra fraqmentlərdə isə tamamilə məntiqsiz danışırdı. Onu gizlətməyə çalışsa da, əlahəzrət haqq-ədalət imkan vermirdi – N.Paşinyan nitqinin iflas fəlakətini açıqca dünya qarşısında yaşadı. Onun daxili gərginliyinin səbəbi bununla bağlı idi.

Zarafat deyil, erməni hökumətinin başçısı “məxməri inqilablar fədaisi” BMT-də ümumi siyasi debatlarda bütün insanların bildiyi həqiqətləri elə yalan formasında onlara təzədən çatdırmalı idi ki, insanlar öz ağılları və gözlərindən şübhə etsinlər. Adam bildiyinə və gördüyünə deyil, bir erməni sərsərinin sözlərinə inansın. Məsələn, N.Paşinyan BMT-nin yüksək tribunasından deyir ki, Dağlıq Qarabağ Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsi məsələsi deyil, insan haqlarının qorunması məsələsidir. Bu mənzərəni dəqiq bir sözlə təsvir etmək olar: "dığa məntiqidir"!

Çünki bütün dünyanın gözü görür ki, Dağlıq Qarabağda hazırda Ermənistan silahlı dəstələri yerləşib və oradakı azərbaycanlıların bir nəfərini belə öz yurdlarına buraxmırlar. İki nəfər azərbaycanlı öz keçmişlərinin qəbirlərini ziyarətə getmişdi, həbsə atdılar. Hələ bundan əvvəl Ermənistan quldur dəstələrinin xarici havadarlarının birbaşa və sərhədsiz dəstəyi ilə necə Dağlıq Qarabağda peyda olduğunu demirik. Onların “insan haqları”nı müdafiəsinin şah əsəri Xocalı soyqırımıdır. Bu soyqırımı hadisəsini eks-prezident Levon Ter-Petrosyan özünəməxsus təşəxxüslə "на войне, как на войне" (Napoleonun məşhur ifadəsidir) kimi izah vermiş, yəni, faktiki olaraq, soyqırımını etiraf etmişdi. Serj Sarkisyan isə daha konkret idi: biz bütün dünyaya sübut etdik ki, dinc insanları da məhv edə bilərik! Yəni dinc azərbaycanlıları kütləvi qətlə yetirmək öncədən planlaşdırılmış, xüsusi psixoloji məqsəd daşıyan dövlət siyasəti olub. Buna beynəlxalq hüquqda soyqırımı deyirlər!

Ancaq N.Paşinyana elə gəlir ki, özü kimi, hamının yaddaşı qısadır. Onun yaddaşı, yalançı olduğuna görə qısadır, lakin hamı yalançı deyil. İnsanlar baş verənlərə dürüst münasibət göstərib həqiqəti deyirlərsə, onların yaddaşı kifayət qədər möhkəmdir. Maraqlıdır ki, BMT-də heç kim N.Paşinyanın yalan danışdığını ona demədi. Ancaq söylədiklərinə laqeyd qalmaqla nümayiş etdirdilər ki, həqiqəti bilirlər.

Bu baxımdan, onun Azərbaycan rəhbərliyini ittiham etmək cəhdləri çox gülünc və yersiz görünürdü. Əslində N.Paşinyan situasiyanı necə təqdim etməyi belə dəqiq müəyyən edə bilmədi. İnsan haqları və xalqların öz müqəddəratını təyinetmə hüququ kimi ümumi ifadələrin bir tərəfi də avtomatik olaraq sual yaradır: bəs orada yaşayan azərbaycanlıların haqları və öz müqəddəratlarını təyin etmək hüququ yoxdur? Məsələnin bu cür qoyuluşu ilə mütləq həmin sual meydana çıxacaq. İstər tarixi saxtalaşdırıb deyəsən ki, lap qədimdən orada əsas olaraq ermənilər yaşayıb, özü də erməni dövlətinin rəiyyəti kimi, istər bütün günahı qondarma erməni dövləti yaradan kommunistlərin üstünə atasan və s., xeyri yoxdur, bütün fikirlərin sonunda sual ediləcək ki, bəs orada yaşayan azərbaycanlıların hüquqları və haqları? Bax, bu sual qarşısında milyonlarla paşinyanlar tarixboyu aciz olub və olacaqlar.

Haqq-ədalətdən qaçış: antiazərbaycan kampaniyasının bədəli

Azərbaycan rəhbərliyi bu regionda ən demokratik, humanist və beynəlxalq hüquqa cavab verən siyasət yeridir. İzahı çox sadədir: illərdir, ermənilər şıltaqlıq edir, işğal etdikləri ərazilərdən çəkilmirlər, lakin Bakı səbir edir, vasitəçiləri hərəkətə keçməyə dəvət edir, münaqişənin sülh yolu ilə həllinə səsləyir. Azərbaycan daim bu mövqedə olub. İndi də N.Paşinyanın BMT tribunasından etdiyi sayıqlamalara təmkinlə cavab verir və ərazi bütövlüyünün təmininə alternativin olmadığını diplomatik dillə dünyaya çatdırır.

N.Paşinyan Türkiyə məsələsində də çox dolaşır və o qədər aciz görünür ki, onun ümumiyyətlə, siyasətçi olduğuna şübhə yaranır. Erməni baş nazir deyir ki, Türkiyə 104 il əvvəl “baş vermiş soyqırımı”nı tanımalıdır, həm də bu gün Xocalıda baş verənləri Ermənistanla münasibətlərinə qatmamalıdır. Ankara Ermənistanla sərhədi qeyd-şərtsiz açmalı, ermənilərə dəstək verməli və Azərbaycanı müdafiə etməməlidir. Sizlər deyin, normal ağlı olan istənilən bir insan bu cür cəfəng fikirlər deyərmi? Türkiyə kimi güclü və böyük dövlət forpost bir dövlətin baş nazirinin yalanlarına uyub həqiqəti inkar edərmi? Bu gün baş verən Xocalı soyqırımını deyil, 104 il əvvəl baş vermiş və on milyonlarla müsəlmanın qətli ilə müşayiət olunan hadisələri erməni soyqırımı kimi tanımalıdır?

Çox ibrətamizdir ki, N.Paşinyan BMT tribunasından tarixin saxtalaşdırıcısı olduğunu və yalnız Azərbaycan və Türkiyə məsələsindən deyil, bütövlükdə geosiyasətdən xəbərsiz olduğunu da təsdiqlədi. Ermənistan hökumətinə rəhbərlik edən şəxs deyir ki, “Rusiya açar (yəni əsas, başlıca – red.) strateji müttəfiqimizdir. Gürcüstan və İran bizim strateji qonşularımızdır. Bizim ABŞ, Avropa İttifaqı və onun üzv dövlətləri ilə strateji gündəmimiz və tərəfdaş münasibətlərimiz var”. Geosiyasi nəzəriyyə baxımından burada bəsit və mənasız, məzmunsuz ifadələrdən başqa bir şey yoxdur. “Strateji müttəfiq” anlayışının bir məzmunu, “strateji tərəfdaş” anlayışının başqa məzmunu vardır. Strateji müttəfiqliyin açarı və ya “qıfılı” olmur, bu termində onun məzmunu yer alıb. Həmin məzmuna verilən istənilən yeni izah, bu izahı verənin süni istəyini ifadə edir. Bu baxımdan N.Paşinyanın siyasi təfəkkürü kölə təfəkkürüdür. O, qorxusundan Rusiyanı “açar strateji müttəfiq” kimi adlandırır, bir zamanlar həyat yolu olan İrana müəmmalı və məzmunsuz “strateji qonşu” deyir. Baxın, sən demə, qonşuluq da fərqli imiş. Belə çıxır ki, hazırda Ermənistanın qonşusu yoxdur, stratejidə İran və Gürcüstan bu statusda ola bilərlər. Bu da qorxudan yaranmış məzmunsuz mövqedir.

N.Paşinyan həm də Amerikadan, İsraildən və Avropadan qorxur ki, İrana nə qonşu deyir, nə də müttəfiq. Gözləyir ki, İranı vurub orada Qərbə uyğun bir hakimiyyət qursunlar, İran da bundan sonra qonşu olacaq. Həmin kontekstdə əhəmiyyətsiz “strateji qonşu” ifadəsinin altında başqa məna yatmır. Gürcüstan da Rusiya, İran və Avropanın badına gedir. Tbilisi də hələ real qonşu deyil, gələcəkdə Cavaxetiyanı Ermənistana versə və Rusiya ilə işləri düzəlsə, qonşu olacaq!

Hamı bilir ki, “qonşu” bütün variantlarda məkan və zamanca yanaşı mövcud olan iki və daha çox varlığı ifadə edir. Dövlət və ölkə üçün isə ancaq coğrafi olaraq həmsərhəd olan, eyni regionda yerləşən ərazi vahidlərini ifadə edir. Burada hansı strategiyadan danışmaq olar? Qonşuluğun strategiyası ayrı məsələdir. Ancaq “strateji qonşu” absurddur! N.Paşinyan desəydi ki, “İran və Gürcüstanla gələcəkdə yanaşı yaşaya bilərik, Azərbaycan və Türkiyə isə məhv olmalıdırlar”, daha anlaşıqlı görünərdi. Bu bağlılıqda əsl sual belədir: nəyə görə, vassal Ermənistan mövcud olmalıdır? Azərbaycan hansı səbəbdən bu kvazidövləti özünə qonşu kimi saxlamalıdır?

Görürsünüzmü, nə qədər narsist, eqoist, reallıqdan tam uzaq sərsəm bir mövqedir? Erməni siyasi şüuru üçün dünyada hər şey onun əsassız iddialarına xidmət etməlidir. Buna uyanlar erməni təsəvvüründə əsl insanlar, qəbul etməyənlər isə “erməni hüququnu” pozanlardır!

N.Paşinyan kimiləri ərsəyə gətirənlər, əslində, böyük dövlətlərdən ermənilərə havadarlıq edənlərdir. Bu hal olmasa idi, Ermənistan nə mövcud olardı, nə də indi kiminsə torpağını işğal edib, oradan çıxmaq istəməzdi. Yalan ayaq tutar, amma yeriməz. Erməni yalanlarının da bir ömrü var. Onun sonu gəlir. Vaxt gələcək, bütün dünya Azərbaycana bəşəriyyəti erməni yalanlarından xilas etdiyinə görə təşəkkür edəcək!

Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 197

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...