QHT və MEDİA
A- A A+

YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin toplantısı keçirilib

2019-10-02 12:35:03

.

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa, bələdiyyələrin hüquqi bazasını nizamlayan normativ aktlar qəbul edilməyə başladı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əksini tapdı.

02 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirildi. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov iclas iştirakçılarını salamlayaraq 2019-cu ilin dekabr ayında keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının seçki qərargahının Pirallahı rayon şöbəsinin fəaliyyət Proqramına uyğun olaraq ilkin mərhələdə görüləcək işlər barədə məlumat verdi. Hazırda YAP üzvü olan bələdiyyə üzvlərinin təhlilinin aparılması və onların arasından gələcək namizədlərin müəyyən edilməsi ilə bağlı göstərişlərini verdi. Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov ərazinin sosial-iqtisadi problemlərinin və əhalinin xüsusiyyətlərinin öyrənilməsi - əhalinin məşğulluğu, seçki məntəqələrinin ərazisində problemlərin (qaz, su, enerji, nəqliyyat və s.) mövcudluğu, seçki məntəqələrinin ərazisində yaşayan seçicilər arasında nüfuzlu şəxslərin (ağsaqqalların, din xadimlərinin, tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin) müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin üzvü Daməd İmanov çıxış edərək seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlərin növbəti iclasda müzakirə olunması barədə təklif verdi.

Yeni Azərbaycan Partiyası seçki qərargahinin Pirallahı rayon şöbəsinin üzvü Əli Kərimov seçki məntəqələrinin seçkiyə hazırlıq vəziyyətlərinin araşdırlması ilə bağlı monitorinqin keçirilməsini təklif etdi.

İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı fəallarının işinin təşkil edilməsi və koordinasiyası ilə bağlı qərar qəbul edildi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 177

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...