QHT və MEDİA
A- A A+

“Qarabağ Azərbaycanın tərkib hissəsi olub və həmişə də belə olacaq”

2019-10-01 10:50:10

“Bu günlərdə Ukrayna XİN öz vətəndaşlarına xatırlatdı ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfər etmək istəyən ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairələrindən icazə almalıdırlar. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. GÜAM ölkələri Parlament Assambleyasının parlamentlərarası qrupunun üzvü və “Sluqa naroda” partiyasının deputatı kimi Ukrayna XİN-nin bu dəyişməz mövqeyinin tam dəstəkləyirik”.

Fact-info.az xəbər verir ki, bu sözləri Vesti.Az İnformasiya agentliyinə Ukrayna XİN-nin işğal edilmiş torpaqlara qeyri-qanuni səfərlərin yolverilməzliyi barədə bəyanatına Ermənistan XİN-nin reaksiyasını şərh edərkən, Ali Radanın deputatı Maryan Zablotski deyib.

“Qeyd etmək istərdim ki, eyni fikirlər Moldavanın tərkib hissəsi olan Dnestryanı bölgəyə də aid edirik. Yaxın zamanlarda biz Azərbaycan, Gürcüstan və Moldovadan olan həmkarlarımızla birgə işğal altında olan torpaqlarımızın azadlığı naminə səylərimiz kooperasiya etmək üçün fəaliyyətə start verəcəyik. İndiki dövrdə Avropanın 4 ölkəsində başqa ölkənin işğalçı ordularının olması qəbuledilməzdir. 4 ölkədə 7 milyondan çox insan işğalçıların fəaliyyəti üzündən normal, azad və sülh şəraitində yaşaya bilmirlər. Əminəm ki, GÜAM ölkələrindən olan deputat həmkarlarımızla yaxın müddətdə torpaqlarımızın işğaldan azad edilməsi naminə birgə fəaliyyət mexanizmi işləyib hazırlamağa nail olacağıq. Bu planın ana xəttini aqressora beynəlxalq təzyiq və iqtisadi sanksiyalar təşkil etməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və həmişə də belə olacaqdır. Və bu məsələdə mövqeyimiz heç zaman dəyişməyəcək!” - deyə Zablotski bildirib.

Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Zablotski qeyd edib ki, bu işdə Ukrayna azərbaycanlıları aktivlik nümayiş etdirirlər.

“Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu yaxşı tanıyıram. O, Ukraynada Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının hamı tərəfindən anlaşılması üçün səylər göstərir. Və bu onda real olaraq, yaxşı alınır. Ümid edirəm ki, beynəlxalq aləmdə işğal olunmuş ərazilərimiz barədə beynəlxalq aləmə daha effektiv məlumat çatdırılması naminə, gələcəkdə GÜAM ölkələri diaspora təşkilatlarının səylərini birləşdirməyə nail olacağıq” - deyə, o bildirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 299

QHT və MEDİA

2020-02-15 08:30:29

QHT və MEDİA
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi...

2020-02-14 09:50:42

QHT və MEDİA
Belqradda Dağlıq Qarabağın mədəni irsi i...
Belqradda Dağlıq Qarabağın mədəni irsi i...

Serbiyanın paytaxtı Belqradda Dağlıq Qarabağ və Kosovonun mədəni irsləri haqq...

CƏMİYYƏT

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

2020-02-12 09:20:00

CƏMİYYƏT
Azərbaycanın ekoloji risklər xəritəsi ha...
Azərbaycanın ekoloji risklər xəritəsi ha...

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, xəritən...

İQTİSADİ

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...

2020-02-06 10:00:30

İQTİSADİ
Azərbaycanın dinamik inkişafının ən səci...
Azərbaycanın dinamik inkişafının ən səci...

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərə...