SİYASƏT
A- A A+

Azay Quliyev “Sosial sifarişlər haqqında” qanun layihəsini müzakirə etməyə ÇAĞIRDI

2019-09-30 17:30:35

.

“Bizə təqdim olunan Milli Məclisin qanunuvericilik işləri planı çox maraqlı və məzmunludur. Çox maraqlı və əhəmiyyətli layihələr haqqında təşəbbüslər var. Bu siyahıda olan bir neçəsini ayrıca vurğulamaq istəyirəm. Bunlardan birincisi keçən dəfə müzakirəyə çıxardığımız “Peşə birlikləri haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu dəfə də biz “Sosial sifarişlər haqqında” qanun layihəsi məsələsinə daha ciddi yanaşmalı və önəm verməliyik”.

Bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Azay Quliyev deyib. Millət vəkili vurğulayıb ki, sadəcə ona görə yox ki, “Sosial sifarişlər haqqında” qanun layihəsinin predmeti bütövlükdə o sahəyə çoxlu yeniliklər gətirəcək:

“Layihə dövlət qurumları tərəfindən həyata keçirilən sosial sifarişlərin həm şəffaflaşdırılması, həm də həyata keçirilən layihələrin effektivliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, sənəd ona görə əhəmiyyətlidir ki, bu gün ölkədə sosial sahədə çoxlu işlər həyata keçirilir, Cənab prezidentin təşəbbüsü ilə layihələr, islahatlar icra olunur. Bu islahatlar sonunda “Sosial sifarişlər haqqında” qanun layihəsinin qəbul edilməsi çox aktualdır. Həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən, həm də dövlət Duruculuğu üzrə qanunvericilik şöbəsindən xahiş edirəm ki, imkan daxilində ilk olaraq biz “Sosial sifarişlər haqqında” qanun layihəsinin komitədə müzakirəsini keçirək”.

Azay Quliyev MM-in işlər planına daxil olan daha mühüm bir qanun layihəsi haqqında danışıb:

“Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xüsusi hissəsinin sülh və insanlıq əleyhinə cinayətlər bölməsinin yeni redaksiyasının layihəsidir. Bildirmək istəyirəm ki, bu layihənin özünün hazırlanması uzun müddət hazırlıq işlərindən sonra meydana gəlib. Bizim hörmətli Milli Məclisin vitse-spikeri Bahar xanım Muradovanın təşəbbüsü ilə belə bir qanun layihəsinə əlavələr edilməsi və redaksiyanın hazırlanması təşəbbüsü irəli sürülüb. Biz bura QHT-ri, ictimai qurumları və ayrı-ayrı xarici ekspertləri cəlb etdik. Düşünürəm ki, çox maraqlı layihə hazırlanıb. Bu layihəni hazırlamaqdan ötrü Milli Məclisin şöbə müdiri, hörmətli Nizami Səfərov İşçi qrupunun rəhbəri təyin olunub. Düşünürəm ki, Nizami müəllim də bu işlərin öhdəsindən layiqincə gəlib. Əslinə baxanda yeni redaksiya kimi səslənsə də, Azərbaycan qanunvericiliyinə çox mühüm yeniliklər gətirir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan ərazisi işğal altındadır və işğal olunmuş ərazilərdə ermənilər tərəfindən çoxlu sayda cinayətlər törədilib:

“Demək olar ki, beynəlxalq cinayətin bütün növləri Azərbaycanda ermənilər tərəfindən həyata keçirilib. Bunun qanunvericiliyə gətirilməsi və sonrakı məqamda müəyyən cinayət tərkibinin həyata keçirilməsi mühüm bir əhəmiyyət kəsb edir. Bu cinayətlərin ən dəhşətlisi isə sülh və insanlıq əleyhinə olan cinayətlərdir. Bu baxımdan Nizami müəllimə təşəkkür edirəm ki, belə bir təşəbbüsü irəli sürmüşük. Ümid edirəm ki, payız sessiyası çərçivəsində bu redaksiyaya baxa biləcəyik. Yeri gəlmişkən, bir az öncə hörmətli həmkarım Qüdrət Həsənquliyev tərəfindən də səsləndirildi. İşğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq üçün müəyyən təşəbbüslər həyata keçirilməsi, bəzən buna işğal altında olan ərazilərlər bağlı qanun layihəsini deyirlər. Bəzi hallarda xüsusilə iqtisadi fəaliyyətə diqqəti cəlb edirlər. Mənə elə gəlir ki, bu yaxşı təcrübədir. Ola bilsin ki, bununla bağlı ayrıca qanun layihəsinin qəbul olunması hansısa səbəbdən hələ ki məqsədəmüvafiq deyil. Ancaq bizim qanunvericiliyin müvafiq müddəalarına bu cür inteqrasiya edilmiş təşəbbüslərin irəli sürülməsi və işğal altında olan ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin bir daha Azərbaycan qanunvericiliyində təsbit edilməsi və bunların sərhədlərinin daha dəqiq şəkildə göstərilməsi çox yaxşı olar. Bu baxımdan bəlkə də gələcəkdə bizim hüquqşünaslar bu istiqamətdə öz fəaliyyərlərini qurmalıdır. Milli Məclisin gələcək fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, burda qeyd olunan qanun layihələri çox uğurlu şəkildə müzakirə olunub qəbul ediləcək”. (modern.az)


Kateqoriya : SİYASƏT Baxış sayı : 182

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...