SOSİAL
A- A A+

Etibar Nəcəfov: Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdə sosial ədalətin və bərabərliyin bərqərar olmasının əsas amillərindəndir

2019-09-27 09:25:51

.

Parisdə İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının Baş qərargahında Fransanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) 25-ci ildönümünə həsr olunan “Səmərəli bərabərliyə aparan yolda: irqçilik və dözümsüzlüyə yeni cavablara ehtiyac varmı?” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, yüksək rütbəli hökumət rəsmilərinin, nazirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Avropa Şurasına üzv olan ölkələrdə irqçilik və dözümsüzlüyün artmasında mövcud və yeni çağırışların qarşısının alınması məsələləri müzakirə olunub.

Konfransda ölkəmizi Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, “25 ildən sonra reallığa baxış: biz bərabərlik uğrunda aparılan mübarizədə uduruq yoxsa uduzuruq” adlı sessiyada çıxış edərək, Azərbaycanın timsalında inkluziv cəmiyyətin qurulmasına nail olmağın səmərəli vasitəsi kimi multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb.

E. Nəcəfov ölkəmizin təcrübəsinə əsaslanaraq bildirib ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinin ən uğurlu modelidir. Multikulturalizm siyasəti qloballaşma şəraitində geniş vüsət alan etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Bu mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir dövrdə olduqca önəmlidir. Belə bir şəraitdə insanların dünya görüşünün, fəaliyyətlərinin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması cəmiyyətin inkluzivliyini artıraraq onun daxilində inteqrasiya prosesləri üçün əlverişli şərait yaradır.

Şöbə müdiri multikulturalizmin Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini qeyd edib. E. Nəcəfov bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkədə yaşayan bütün xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması multikulturalizim və daxili siyasətin tərkib hissəsi olmasının təzahürləridir. Qeyd edib ki, sosial ədalətə və bərabərliyə əsaslanan multikulturalizm siyasəti inkluziv cəmiyyətin formalaşmasına aparan əsas amillərdən biridir.


Kateqoriya : SOSİAL Baxış sayı : 159

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...