MÜSAHİBƏ
A- A A+

Azay Quliyev: “Şura xüsusi müsabiqə elan edəcək”

2015-10-20 09:30:33

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin müsahibə verib.

Fact-info.az Trend-ə istinadən həmin müsahibəni təqdim edir:
- Azay müəllim Azərbaycan QHT-ləri mədən sənayesində şəffaflıq təşəbbüsündə nə qədər fəaldırlar?
- Məlum olduğu kimi, mədən sənayesində şəffaflıq təşəbbüsünün irəli sürülməsinin məqsədi təbii ehtiyatlarla zəngin olan ölkələrdə şirkətlərin fəaliyyəti nəticəsində dövlətin qazancları barədə yerli ictimaiyyətin məlumatlılığının artırılmasıdır. Məlumatlılığın artırılması həm dövlət qurumları tərəfindən əldə etdikləri gəlirlərin aşkarlanması, həm də yerli mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin ödənişlərinin elan edilməsi yolu ilə mümkündür. Bir sözlə, adı çəkilən təşəbbüsün mahiyyəti həm hökumətlərə, həm də şirkətlərə çağırışdan ibarətdir. 17 iyun 2003-cü ildə Londonda keçirilən MHŞT-nın ilk beynəlxalq konfransında müxtəlif ölkələrdən olan 140 iştirakçı qurumun fəaliyyəti üçün prinsiplər qəbul edib. Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdəndir.
Azərbaycan vətəndaş cəmiyyəti institutlarının bu sahədə üzərinə mühüm missiya düşür. 13 may 2004-cü ildə Azərbaycanın 30-dan artıq yerli QHT-sinin iştirakıyla Dəyirmi masa keçirilərək “Mədən Sənayesində Şəffaflığın artırılması” Koalisiyasının yaradılması haqqında Memorandum imzalanıb və “Koalisiya haqqında Əsasnamə” qəbul edilib. Biz bu koalisiyanın fəaliyyətinin genişləndirilməsində çox maraqlıyıq.
Şura olaraq daim elan etdiyimiz müsabiqələrə təqdim olunan mədən sənayesində şəffaflıq təşəbbüsü mövzusundakı səmərəli layihələri dəstəkləmişik. Hesab edirik ki, müvafiq koalisiyanın bu sahədə fəallığı artırılmalıdır.
- Azay müəllim, Şuranın bu istiqamətdə planları nədən ibarətdir?
- Şura bu sahədəki layihələri dəstəkləməkdə davam edəcək. Gələn il bilavasitə mədən sənayesində şəffaflıq təşəbbüsü ilə bağlı xüsusi müsabiqə elan etməyi nəzərdə tutmuşuq. Eyni zamanda, bu istiqamətdə olan layihələrə ayrılan vəsaitin həcmini 2-3 dəfə artıracağıq və şəffaflığın inkişafına xidmət edən bütün səmərəli layihələri maliyyələşdirəcəyik. Mən həm bu sahədə fəaliyyət göstərən QHT koalisiyasını, həm də digər QHT-ləri müsabiqədə yaxından iştirak etməyə dəvət edirəm.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1271

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...