İQTİSADİ
A- A A+

Deputat: “Şimal-Cənub” dəhlizi Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir

2019-09-25 08:20:56

.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi olduqca strateji bir layihədir. Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla, həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün siyasi dividendlər qazanır. Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi, heç şübhəsiz ki, nəqliyyat-kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək.

Hikmət Babaoğlu bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Bu yük daşımaları, əsas etibarilə, Süveyş kanalı üzərindən həyata keçirildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. Lakin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi işə düşdükdən sonra bu müddət cəmi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəlbedici bir dəhlizə çevirəcək. Çünki bu dəhliz, sadəcə, müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib. Hətta Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat-kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir.

H.Babaoğlu qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Şərq-Qərb” Nəqliyyat Dəhlizindən sonra Azərbaycanın “Şimal-Cənub” Nəqliyyat Dəhlizi üzərində mühüm qovşağa çevrilməsi ölkəmizin mürəkkəb strateji regionda nüfuzunu artırmaqla yanaşı, həm də iqtisadi maraqlarını təmin etmiş olacaq.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 428

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-04 11:05:08

CƏMİYYƏT
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...