SOSİAL
A- A A+

“İndiyədək Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib”

2019-09-25 07:25:55

.

“Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb. Bunun da müəyyən obyektiv səbəbləri var”. APA-nın məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və “stm.az”saytının təqdimatında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov bildirib.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə olub: “Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

E. Hüseynov qeyd edib ki, aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir: “2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makoriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqlarının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkan verəcək effektə malik olacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxışında deyib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb. Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir: “İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, ilin əvvəlindən 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur. İstənilən islahat tədbirlərini şərtləndirən müəyyən amillər var. Bu, qeyri-adekvat struktur, hər hansı korrupsiya və süründürməçilik məsələləri ola bilər. O halda hər hansı səmərədən və vəzifədən danışmaq sadəlövhlük olardı. Burada əsas məsələ insanlarda qurumlarda düşüncə tərzinin transformasiyasıdır və Prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir. Nazirliyin fəaliyyətində Sosial Tədqiqatlar Mərkəzinin hesabatlarına da istinad edəcəyik”.


Kateqoriya : SOSİAL Baxış sayı : 201

QHT və MEDİA

2019-12-16 09:05:13

QHT və MEDİA
Milli Qəhrəman Albert Aqarunovun xatirəs...
Milli Qəhrəman Albert Aqarunovun xatirəs...

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli Qəhrəman Albert Aqaruno...

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

CƏMİYYƏT

2019-12-14 10:15:33

CƏMİYYƏT
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əl...
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əl...

“Rossiyskaya qazeta” nəşrində Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üç...

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

İQTİSADİ

2019-12-16 09:55:08

İQTİSADİ
Ödənişli İstehsalat təcrübəsi proqramını...
Ödənişli İstehsalat təcrübəsi proqramını...

2019-cu ildə SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 a...

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...