İQTİSADİ
A- A A+

Nazirlikdən Dağlıq Qarabağda iqtisadi fəaliyyəti təşviq edən ABŞ şirkətinə məktub

2015-10-20 09:25:51

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xarici ölkələrin şirkət və təşkilatlarının qanunsuz fəaliyyətinin qarşısının alınması istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər aidiyyəti dövlət qurumları ilə birlikdə ardıcıl işlər aparılır

 Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, beynəlxalq səviyyədə audit, vergi və məsləhət xidmətləri göstərən ABŞ-ın "Grant Thornton International” şirkətinin Ermənistan nümayəndəliyi tərəfindən işğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyəti təşviq edən nəşrlərin buraxılması niyyəti barədə daxil olmuş məlumatlarla əlaqədar şirkətin Azərbaycan nümayəndəliyinin rəsmisi İqtisadiyyat və Sənaye Nazirliyinə dəvət edilib. Görüş zamanı Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin milli qanunvericiliyə, o cümlədən, vergi, gömrük, maliyyə, sahibkarlıq, miqrasiya qanunvericiliyinə görə məsuliyyət tədbirlərinə səbəb olduğu ətraflı izah edilib, “Grant Thornton International” şirkəti tərəfindən belə hallara yol verilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılmış və bu barədə şirkətin mərkəzi ofisinin məlumatlandırılması tələb edilib. Bununla yanaşı, “Grant Thornton International” şirkətinə Azərbaycanın mövqeyini əks etdirən məktub da göndərilib.
 Görülmüş tədbirlərin nəticəsi olaraq, qaldırılan məsələnin şirkətin mərkəzi ofisində ən yüksək səviyyədə müzakirə edilməsi və Azərbaycan tərəfinin narahatçılığının anlayışla qarşılanması, gələcəkdə bununla bağlı hər hansı təşviq və təbliğ xarakterli işin aparılmayacağı və “Dağlıq Qarabağ” adı altında hər hansı biznes bələdçisi, yaxud digər nəşrin buraxılmayacağı “Grant Thornton International” şirkəti tərəfindən rəsmi olaraq bildirilib.
 İqtisadiyyat və Sənaye Nazirliyi bir daha beynəlxalq şirkət və təşkilatların diqqətinə çatdırır ki, Azərbaycanın işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycanın qanunvericiliyinə ziddir və bu kimi hallara qarşı ciddi məsuliyyət tədbirləri görüləcək. 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 857

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...