MƏDƏNİ
A- A A+

Nəsimi festivalı çərçivəsində dahi şairə həsr olunan xalça sərgisi açılacaq

2019-09-24 10:15:08

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində dahi söz ustadına həsr olunan xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.

Ekspozisiyada müsabiqənin qalibi olan üç əsər əsasında toxunan xalçalar, həmçinin təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi kreativ xalça eskizləri nümayiş olunacaq.

Müsabiqə barədə jurnalistlərə müsahibə verən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkə başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı və 2019-cu ili “Nəsimi ili” elan edilməsindən sonra muzey bu işə töhfə vermək məqsədilə belə bir müsabiqə elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər. Müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələr qatılıb. 51 eskiz arasından 3-ü qalib seçilib.

Açılacaq sərgidə qalib olan xalçalarla bərabər, müsabiqəyə təqdim olunan bütün eskizlər də nümayiş olunacaq.

Müsabiqədə Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yer, Rühəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yer, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yeri tutub. Müsabiqədə I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin “Facebook” səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 364

QHT və MEDİA

2020-07-02 07:00:01

QHT və MEDİA
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhb...

2020-06-30 08:55:09

QHT və MEDİA
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...

Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...