SOSİAL
A- A A+

Şəhid məzarlarına dəyər verən kəndlər

2019-09-22 10:20:09

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini Cənub bölgəsinin Cəlilabad rayonunun və 11000 sakini olan ən böyük kəndlərindən biri olan Günəşli kəndinin el məzarığında dəfin olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarları ziyarət edildi və şəhidlərin məzarlarının vəziyətlərinə monitoring keçirildi.

Günəşli kəndinin el məzarığında 4 nəfər şəhid məzarı vardır kı onların hamsının üstü kənd sakinləri tərəfindən bərpa edilmişdir.

Məzarlığın giriş hissəsində isə sakinlərin vəfat etmiş yaxınılarını dəfn etdikləri zamanı yağışdan qorunmaları üçün 200 nəfərlik üstü ortüklü sığınacaq düzəlmişdir. Monitoring zamanı ilk öncə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi yad edilərək, onların rühlarına yasın və duallar oxundu. Sonra,“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini direktoru, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.

Bakıda və rayonların el məzarlıqlarında keçirdiyimiz monitorinqlər zamanı məlum etdik ki, məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələri, şəhidlərin valideyinləri vəfat etdikdən sonra, adiyəti dövlət qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.

Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qurumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur. Bu da, müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.

Xususilə, qeyr etmək istəyirəm ki, Lerik rayonunun Rvarud kəndində Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Cəllabad rayonunun Günəşli kəndinin, Astara rayonun və Astara rayonun el məzarlığında və 5800 sakini olan Şiyəkəran kəndinin el məzarlıqlarında şəhid məzarlarının üstündə düzəldilmiş çardaq örtüklərin kənd sakinləri tərəfindən şəhidlərimizə verilən yüksək dəyər kimi qiymətləndiririk.

Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən,“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsi haqqında çıxış edərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin sosial müdafiəsi, adiyyəti dövlət qrumların tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatını günü-gündən yaxşılaşdırılmalıdır. Adları qeyd olunan vətəndaşların sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Ulu öndər Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gündə şəhid aillərinə diqqət və qayğını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanır.

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən¬ “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019–cu ildə Qrant müsabiqəsində qalib olmuş ən aktual və Azərbaycan cəmiyyəti üçün olduqca ciddi məsələrdən biridir.

“Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.

Bunun üçündə, Azərbaycanın bütün el məzarlığlarında, Lerik rayonunun Rvarud kəndinin, Astara rayonun və Cəllabad rayonunun Günəşli kendinin el məzarlıqlarında olduğu kimi, şəhid məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün xatirə güşələri düzəldilərək şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.

Həyata keçirilən layihədə qaldırılmış mövcud problemlər tam həll etməsəkdə, qaldırılmış problemin həllində təşəbüs kimi dəyərləndirilə bilər. Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən belə bir əhəmiyyətli layihənin Bakıda və regionlarda həyata keçirilməsi nəticəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün düzəldilmiş abidələrə, xatirə güşələrinə vətəndaşların diqqət və sayğısı artacaqdır öz dəyərli tövhəsini verəcəkdir.

Ziarətə dəvət olunmuş digər təkilat rəhbərlərindən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədir müavini Məcid Məmmədov çıxış edərək «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən¬ “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsınin əhəmiyyətindən danışaraq bildirdilər ki, müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların şəhidlərimizə qarşı biganəliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına mənfi təsir göstərir. Şəhidlərimizin göstərdikləri qəhramanlıq nümunələri gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələri üçün örnəkdir.

Çıxış edənlər çıxışlarının sonda qeyd etdilər ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

Tədbirin sonunda, el məzarlığında dəfin olunmuş şəhidlərimizin məzarlarını ziyarət olunaraq başa çatdı. Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!


Kateqoriya : SOSİAL Baxış sayı : 250

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...