QHT və MEDİA
A- A A+

Xarici jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib

2015-10-20 09:10:45

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “İrəli” İctimai Birliyi tərəfindən reallaşdırılan “Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” layihəsi çərçivəsində Bakıda olan xarici jurnalistlərin iştirakı tədbir keçirilib

Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qurumun prioritet istiqamətlərindən olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi üçün yeni layihənin icrasına başlandığını qeyd edib. Vurğulayıb ki, bu layihə çərçivəsində xarici KİV nümayəndələri Bakıda səfərdədirlər. Həmin media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat almaları məqsədilə müxtəlif dövlət qurumlarında görüşlərin keçirilməsi, bu problemlər bağlı həqiqətlərin öyrənilməsi üçün qaçqın və məcburi köçkünlərin ziyarət olunması, bu mövzunu araşdıran jurnalistlərlə tədbirlərin təşkili planlaşdırılır.

Bildirilib ki, layihə çərçivəsində Litva, Macarıstan, İtaliya, Türkiyə, Efiopiya, İngiltərə, Belçika, Almaniya və İsrailin tanınmış media nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla bağlı reallıqları öyrənmələri ölkəmiz və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, səfər çərçivəsində əzəli torpaqlarımız olan Qarabağ haqqında, münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyi ilə bağlı həqiqətlərin, qaçqın və məcburi köçkünlərin problemlərinin, insan haqlarının pozulmasının beynəlxalq ictimaiyyətə çatdırılması əsas məqsədlərdəndir. Layihədə, həmçinin Azərbaycanda fəaliyyət göstərən gənc jurnalistlər də iştirak edirlər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, layihə çərçivəsində əcnəbi jurnalistlər ölkəmizdə gedən sürətli inkişafın şahidi olacaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlarla görüşəcək, ölkəmizlə bağlı həqiqətləri öz gözləri ilə görəcəklər. 

V. Quliyev xarici jurnalistləri Azərbaycan ilə bağlı araşdırmalarını öz ölkələrinin ictimaiyyətinə təqdim edəcəklərinə əminliyini bildirib, onları bu məsələdə fəal əməkdaşlığa çağırıb.

“Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərimizin işğalı, bir milyondan artıq azərbaycanlının dədə-baba yurdlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumat verib. 

V. Qədirov münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini xüsusi qeyd edərək Prezident İlham Əliyevin bu problemin həllində prinsipial mövqe tutduğunu bildirib. Vurğulanıb ki, bu gün Avropada miqrant problemi yaşandığı bir vaxtda Azərbaycan bir milyondan çox qaçqın problemini özü həll edir. O, ümidvar olduğunu bildirib ki, xarici jurnalistlər Azərbaycanda olduqları müddətdə tarixi faktları öyrənəcək və Xocalı soyqırımının tanıdılmasına töhfələrini verəcəklər.

 

“Tərxis Olunmuş Hərbiçilər” və “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai birliklərinin sədri Emil Həsənli və Anar Xəlilov, eləcə də digərləri mövzu ilə bağlı fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıblar. Tədbirin sonunda xarici jurnalistlər tədbir iştirkaçılarının suallarını cavablandırıblar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 822

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...