SİYASƏT
A- A A+

“News Blaze” nəşri: “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir”

2019-09-20 09:25:02

.

ABŞ-da çıxan “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda Ermənistanın Baş nazirinin Los-Ancelesə qarşıdakı səfərindən və nasizmi, irqçiliyi təşviq edən Ermənistan rəhbərliyinin biabırçı reputasiyasından bəhs edilir.

Müəllif yazır ki, sentyabrın 22-də Los-Ancelesə birgünlük səfər edəcək Paşinyan Los-Ancelesdəki Qrand-parkda Cənubi Kaliforniyanın erməni icması ilə görüşəcək. Qringer vurğulayır ki, Ermənistanın Los-Anceles hakim dairələri tərəfindən bu böyük şərəfə layiq görülməsinə yol verilməməlidir və bunun səbəbləri çoxdur.

Avropa ölkələrinin çoxunun keçmişi nasizmlə bağlıdır. Lakin həmin ölkələrin əksəriyyəti bu keçmişi və onun iştirakçılarını pisləyiblər. Həmin ölkələr nasistlərin hər hansı şəkildə mədh olunmasından çəkinməyə çalışır. Ermənistan isə bu baxımdan istisnadır. Bu ölkədə nasist veteranları “qəhrəmanlar” hesab edirlər. Ermənistan nasistlərə kömək etmiş, onlarla əməkdaşlıq etmiş və nasistlərin törətdiyi dəhşətli cinayətlərdə fəal iştirak etmiş erməni hərbi rəhbərlərini pisləməyə heç vaxt cəhd göstərməyib. Üstəlik, Ermənistan belələrini tərifləməkdə, bu “veteranları” “milli qəhrəmanlar” elan edərək onların “irs”lərini məktəblərdə erməni uşaqlarına öyrətməkdə davam edir. Məsələn, 2016-cı ildə Yerevanda nasizm fanfarları fonunda erməni millətçisi və inqilabçısı, nasistlərin törətdiyi cinayətlərin iştirakçısı olmuş Qaregin Njdeyə heykəlin açılışı mərasimində Ermənistanın rəsmi şəxsləri də iştirak ediblər. Qringer göstərib ki, İkinci Dünya müharibəsi illərində erməni hərbi canilər Qaregin Njde və general Dro təqribən 30.000 nəfərdən ibarət bədnam “erməni legionu” yaradıb və onu kütləvi qətllər törədilməsi üçün nasistlərin ixtiyarına veriblər. Erməni legionu alman Vermaxtının tərkibində Krımda, Qafqazda və Fransanın cənubunda vuruşub, yəhudiləri və digər “arzuolunmaz” etnik qrupların nümayəndələrini toplamaqda nasistlərə fəal kömək edib, cəza düşərgələrində “yəhudilərə ölüm marşları” təşkil ediblər.

Anası yəhudi olan Los-Anceles meri Erik Qarsetti və amerikalı yəhudilərin də daxil olduğu Los-Anceles Şəhər Şurası bir fakta görə narahat olmalıdırlar ki, nasist canilər Njde və Dro Ermənistanda böyük qəhrəmanlar elan ediliblər. Antidiffamasiya Liqası müəyyən edib ki, Ermənistanın 2,2 milyon yaşlı sakininin 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Bu, Ermənistanın Avropada ikinci antisemit ölkə olması deməkdir. 2018-ci ildə Pyu Tədqiqat Mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, ermənilərin 32 faizi yəhudiləri öz həmvətənləri kimi qəbul etmir və Ermənistanda “yəhudi problemi” var.

Erməni təcavüzü və Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən hərbi işğalı etnik azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi ilə müşayiət olunub. Belə faciələrdən ən dəhşətlisi 1992-ci fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verib. Müəllif vurğulayır ki, o vaxt erməni silahlı qüvvələri bu şəhərə soxulub və Azərbaycanın 613 nəfər mülki vətəndaşını qətlə yetiriblər.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir, erməni işğalçı qüvvələrinin işğal edilmiş bütün regionlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilir. Qringer məqalənin sonunda təəssüflə yazır ki, bu günə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının hüquqi baxımdan məcburi olan bu qətnamələrini yerinə yetirməyib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 345

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...