CƏMİYYƏT
A- A A+

Finlandiyada nəşr edilən kitabda Azərbaycanla bağlı yol verilən təhriflərə etiraz bildirilib

2015-10-19 10:35:54

Finlandiyada nəşr edilən kitabda Azərbaycan, o cümlədən Dağlıq Qarabağ ilə bağlı yol verilən ciddi təhriflərə qarşı etiraz bildirilib

 

 

 

 

 

Finlandiyada nəşr edilən kitabda Azərbaycanla bağlı yol verilən təhriflərə etiraz bildirilib Finlandiyada nəşr edilən kitabda Azərbaycan, o cümlədən Dağlıq Qarabağ ilə bağlı yol verilən ciddi təhriflərə qarşı etiraz bildirilib.

Bu barədə Finlandiyada fəaliyyət göstərən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay məlumat verib.  

A. Oqtay bildirib ki, Espoo şəhərində keçirilən III Ümumfinlandiya tematik konfransında Finlandiya Sosial-Demokrat Partiyasının nümayəndəsi Kimmo Kiljinen dünya dövlətləri və bayraqları haqqında yazdığı kitabı təqdim edib. Lakin kitabda Azərbaycan ilə bağlı ciddi yanlışlıqlara yol verildiyi üzə çıxıb.

A. Oqtay bu barədə deyib: “Kitabla yaxından tanış olduqda orada ciddi səhvlərə yol verildiyini gördüm və bunu dərhal müəllifə bildirərək etiraz etdim. Müəllif kitabda Ermənistan dövləti və bayrağı haqqında yazıda göstərir ki, guya 1992-ci ildə Dağlıq Qarabağ Rusiya və Azərbaycan tərəfindən güc yolu ilə Ermənistandan alınıb. İkinci böyük səhv isə Azərbaycan dövləti və bayrağı haqqında olan yazıda idi. Burada da göstərilib ki, 1918-1920-ci illərdə Dağlıq Qarabağ əhalisinin 80 faizi erməni olduğu üçün Moskva Dağlıq Qarabağa muxtariyyət verib”.(AzərTAc)

A. Oqtay kitabın müəllifinə tarixi faktlara bu məlumatların tam yanlış olduğunu sübut edib. Müəllif isə ciddi səhvlərə görə üzr istəyərək qısa zamanda onları düzəldəcəyinə söz verib. Tədbirdə Arzu Oqtay çıxışı zamanı, həmçinin İkinci Dünya müharibəsində Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi töhfələr barədə geniş məlumat verib.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1389

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...