SOSİAL
A- A A+

Şəhid Müşfiq Orucovun anım mərasimi keçirilib

2019-09-19 08:20:45

.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Aprel şəhidi Müşfiq Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi veteranları, respublikamızın tanınmış incəsənət nümayəndələri, Zəngilan Rayon İcra Hakimiyyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar.

Şəhidin atası Arif Orucov ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Digər çıxış edənlər şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıblar.

Sonra şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir Xalq artisti Niyaməddin Musayevin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konserti ilə başa çatıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 313

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...