QHT və MEDİA
A- A A+

“Paşinyan Cənubi Qafqazı müharibəyə aparır”

2019-09-18 07:35:57

.

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və Paşinyanın fikrincə danışıqlarda Ermənistan tərəfi heç bir konstruktiv mövqeyə getməyəcəkdir. Mətbuatda tez-tez kompromisdən danışılır. Amma Ermənistanın xüsusunda bu kompromis ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir və Azərbaycan torpaqlarını işğal edib”.

Bu fikirləri Azadinform-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın Baş naziri N. Paşinyanın son günlərdə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, bu yöndə İrəvan konstruktivlik nümayiş etdirərək Azərbaycan tərəfi ilə danışıqlar masasında əyləşməlidir: “Elə yenilənmiş Madrid prinsiplərinin də şərtlərinə əsasən Ermənistan işğal altında olan Dağlıq Qarabağı və ətraf rayonlarını geri qaytarmalıdır. Göründüyü kimi, Paşinyan hökuməti nə Qarabağ, nə də ətraf rayonlarla bağlı konstruktivlik nümayiş etdirmək fikrində deyil. Bu isə o deməkdir ki, Paşinyan Cənubi Qafqazı müharibəyə aparır. Belə olan təqdirdə bu, Ermənistan üçün çox baha başa gələcək. Hamıya yaxşı məlumdur ki, Azərbaycan Ordusu bir neçə gün ərzində nəinki Dağlıq Qarabağ və ətraf ərazilərə, hətta İrəvana qədər getmək iqtidarındadır. Çox təəssüflər olsun ki, Paşinyanın daxili auditoriyaya hesablanmış və ölkə daxilində vəziyyətinin pis olmasına görə reytinq yığmaq cəhdləri həm onun, həm də erməni xalqının başında çatlayacaq”.

Qeyd edək ki, ötən gün N. Paşinyan Vanadzorda keçirilən mətbuat konfransında Qarabağ məsələsinə toxunaraq, “Azərbaycan iddia edir ki, Qarabağ onların ərazisidir və kompromisə getmək istəmir. O zaman biz də deyirik, “Artsax” bizimdir və kompromis yoxdur”, - deyə bildirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 237

QHT və MEDİA

2020-01-27 08:40:28

QHT və MEDİA
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, i...

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...