QHT və MEDİA
A- A A+

Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur

2019-09-17 08:50:20

.

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə çatdı. Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət Qafqaz İslam Ordusu yenicə yaranmaqda olan Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birləşdi, sonradan Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə sayı təqribən 20 min nəfərə çatdı. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrınadək misilsiz fədakarlıqlar göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. O qeyd edib ki, 1918-ci ilin martında daşnak-bolşevik birləşmələri Bakıda, Şamaxıda və Azərbaycanın digər yerlərində dəhşətli qırğınlar törətmişlər. Azərbaycanlılara qarşı törədilən terrorun qarşısını almaq üçün Gəncədə yerləşən Qafqaz İslam Ordusu erməni-bolşevik quldur dəstələrinin əlində olan Qaraməryəm, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri sürətlə təmizlədilər. Orduya rəhbərlik edən Nuru paşa təhlükəsizliyi təmin etmək üçün əvvəlcə Gəncədəki ermənilərdən silahların toplanılması əmrini verdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən erməni məhəlləsi 10 iyunda gecə yarısı mühasirəyə alındı və Qafqaz İslam Ordusu Azərbaycanda ilk şəhidlərini bu döyüşlərdə verdi. Şəhidlər silahdaşlarının və xalqın çiyinlərində təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa tapşırıldı. Sonra bu ordu Gəncədən Bakıyadək çətin və şərəfli döyüş yolu keçdi.

Federasiya rəhbəri əlavə edib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni quldur dəstələrindən xilas etməsi şanlı tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, birliyimizin və qardaşlığımızın sarsılmazlığına, əbədiliyinə əyani sübutdur. Bu qanlı döyüşlərdə 1130 türk əsgəri həyatını Azərbaycan naminə qurban verdi.

Bilal Dündar vurğulayıb ki, tarixi faktlara diqqət yetirdikdə Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu görmək olar. Hər iki dövlət ən çətin anlarında bir-birinə dəstək olur. İllərin sınağından keçən Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyasının birliyinin əsasını qoymuş Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik xalqlarımızın qardaşlığını və dostluğunu daha da möhkəmləndirir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 273

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...