SOSİAL
A- A A+

Türkiyənin Təkaltı dağının zirvəsində Azərbaycan-Türkiyə dövlət bayraqları dalğalanıb

2019-09-17 08:20:20

.

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib. Yürüşə rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri qatılıblar.

Yürüş İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə təşkil olunub.

Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırıblar. Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımız Təkaltı dağın zirvəsində dalğalanıb.

Qeyd edək ki, Tuzluca rayonundan Təkaltı dağına gedən yol Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüş mənəvi birlik rəmzidir.

Yürüşçülər arasında yer alan Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hükusi Kılıç diqqətə çatdırıb ki, tədbirin 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümünə həsr olunması bir daha göstərir ki, iki xalqın qardaşlığı və dostluğu əbədi və sarsılmazdır.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar əminliklə ifadə edib ki, bu kimi həmrəylik yürüşləri gələcəkdə də ardıcıl şəkildə davam edəcək.

Sentyabrın 17-də isə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər və ziyalıların iştirakı ilə ölkələrimiz arasındakı tarixi qardaşlığa və vətənpərvərliyə həsr olunan konfrans keçiriləcək


Kateqoriya : SOSİAL Baxış sayı : 553

QHT və MEDİA

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

2020-08-06 08:55:22

QHT və MEDİA
Şura qrant müsabiqələrinin nəticələrini ...
Şura qrant müsabiqələrinin nəticələrini ...

İclasda Şuranın 7 qrant müsabiqəsinin (4-ü dövlət qurumları ilə birgə) nətic...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...