QHT və MEDİA
A- A A+

Akademiyada andiçmə mərasimi keçirilib

2019-09-14 14:15:41

.

Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə inkişaf yoluna çıxan, ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı ilə ən müasir ali təhsil müəssisələrindən birinə çevrilən Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiya daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

N.Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq. Akademiyanın rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinədək öyrənməyi tövsiyə edib.

Sonra Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantlar polis andını içiblər.

Kursantlar çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.

Mərasim “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidlə başa çatıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 356

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...