MƏDƏNİ
A- A A+

İtaliyada Azərbaycan xalçalarının sərgisi keçirilir

2019-09-14 08:30:46

.

Sentyabrın 12-də İtaliyanın Bolzano şəhərinin “Museo Mercantile” muzeyində Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa Tekstil Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Akademiyanın prezidenti Riçard Vill, Bolzano Ticarət Palatasının prezidenti Miçl Ebner, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (ICOC) Elmi Komitəsinin prezidenti Alberto Boralevi və ICOC-un prezidenti Peter Biçler çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan xalçaçılıq sənəti barədə danışaraq xalçalarımızın dünyada tanınmasının XIV-XV əsrlərə aid Şərq miniatürlərini və Avropa rəssamlarının əsərlərini təsdiq etdiyini bildirib.

Diplomat Azərbaycan xalçalarının bu gün dünyanın məşhur muzeylərində nümayiş etdirildiyini, eyni zamanda, xalçaçılıq sənətimizin nadir incilərinin Azərbaycan Milli Xalça Muzeyində toplandığını vurğulayıb.

Səfir Məmməd Əhmədzadə Azərbaycan xalçaçılıq sənətinin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun apardığı fəaliyyət və bu xüsusda 2010-cu il tarixində UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verib.

Açılış mərasimindən sonra sərgidə olan xalçalara baxış keçirilib və A.Boralevi həmin xalçaların hər biri haqqında ətraflı məlumat verib.

Oktyabrın 19-dək davam edəcək sərgidə “WINCOR” kolleksiyasında olan Azərbaycanın Qarabağ, Bakı, Qazax, Şirvan və Quba xalçaçılıq məktəblərinə aid 25 xalça nümayiş olunur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 287

QHT və MEDİA

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...