QHT və MEDİA
A- A A+

Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir

2019-09-14 07:20:13

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa deputatlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri yolverilməzdir. Biz digər üzv dövlətlərin bununla bağlı mövqe bildirmələrini istəyirik.

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib.

Komitə sədri qeyd edib ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməli və bu təxribatlara ad verməlidirlər. Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz. Azərbaycan torpaqlarının işğal olunması bütün dünyaya bəllidir. Eyni zamanda, bütün beynəlxalq təşkilatlar bilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali etnik təmizlənməyə məruz qalıb və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. “Bu gün qaçqın və məcburi köçkün vətəndaşlarımız Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıblar. Belə olan halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirilməsini gözləyirik”, - deyə Rövşən Rzayev vurğulayı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 391

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...