QHT və MEDİA
A- A A+

Insanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir.

2019-09-10 16:30:55

.

Mən bu mövzuya bəlkədə heç vaxt qayıtmayacaqdım, lakin keçən əsrin əvvəllərində Qarabağın General Qubernatoru olmuş Xosrov bəy Sultanovun qohumu Əli Məhərrəmov mənə zəng edib babasının kürd adlandırılmasından narahatlıq keçirdiyini bildirdi. O, eyni zamanda Azərbaycanın digər görkəmli şəxsləri yazıçı Əli Vəliyevin, Fərman Kərimzadənin və digərlərinin də soy köklərinin saxtalaşdırıldığı barədə məlumat verdi və Fərman Kərimzadənin qızı Yeganə Kərimzadənin focebook sosial şəbəkədə yerləşdirdiyi bir yazısını mənə göndərərək bu məsələyə aydınlıq gətirməyimi xahiş etdi.

Vətəndaşlarımızın narahatlığını nəzərə alaraq mən bu mövzunun araşdırılmasına qərar verdim. Məlum olduki, söhbət tarix elmləri üzrə fəlsəfə doktoru Əlamdar Şahverdiyevin İRS - Nasledie jurnalının № 1 (43), 2010 sayında gedən “Azerbaydjanskiye kurdı” məqaləsindən gedir. http://irs-az.com/new/pdf/1277198588485931750.pdf İnsafən demək lazımdırki, məqalə Azərbaycanda yaşayan kürd etniklərinin həyatı barədə maraqlı və dolğun məlumat verir. İstəsədə istəməsədə hər kəs bir həqiqəti qəbul etməlidir ki, dünyanın etnik xəritəsində yalnız Azərbaycanda məskunlaşan azsaylı xalqlar, özlərinin dilini, dinini, maddi və mənəvi mədəniyyətlərini, adət və ənənələrini qoruyub saxlamaqla, eyni zamanda digər, nisbətən çoxluq təşkil edən etnik qruplar tat, talış, ləzgi, kürd, rus və yəhudilərlə dinc yanaşı yaşayırlar. Bütün tarixi dövrlərdə bu etniklərlə aborgenlər arasında heç bir ayrıseçkilik, fikir ayrılıqları olmamışdır və indi də yoxdur.

Bu çox diqqətəlayiq haldır ki, etnik qrupların və etnosların belə çoxluq təşkil etdiyi Azərbaycanda heç vaxt azərbaycanlılarla azlıq təşkil edən etnoslar arasında ciddi ayrıseçkiliyə səbəb olan, hansısa bir problem yaşanmamışdır. Əksinə bu millətlər və xalqlar arasında illər boyu qohumluq əlaqələrinin yaranması, azsaylı və çoxsaylı xalqlar arasında münasibətləri möhkəmləndirmiş onları biri-birinə daha da doğmalaşdırmışdır. Bu dostluq və qardaşlıq isə xalqlar arasında ailə-məişət məsələlərində və davranışlarında vahid prinsiplərin, yeni ümumxalq adət ənənələrinin yaranmasına səbəb olmuşdur.

İndi qürurla demək olar ki,məhz yalnız Azərbaycanda xalqlar arasında bu ümumi adət- ənənələrin təsərrüfat, ailə-məişət məsələlərində ümumi vərdişlərin yaranaraq möhkəmlənməsi bu millətlər arasında güclü dostluq ənənələrinin yaranmasına səbəb olmuşdur. Məqalə ilə tanış olduqdan sonra burada həqiqətən də Azərbaycanın bir çox tarixi şəxsiyyətlərin soy kökünün saxtalaşdırıjdığını və erməni kürd münasibətlərinin kürdlərə vurduğu ziyanın üstündən sükutla keçildiyinin şahidi oldum.

Azərbaycan ailəsində qonşuları ilə daim dinc yanaşı yaşayan etnik qrupların biri də İran dilli etnoslardan sayılan müsəlman kürdlərdir. Kürdlər Azərbaycanın siyasi və mədəni həyatında böyük töhfələr vermiş bir etnik qrupdur. Azərbaycan Xalq Cühuriyyəti Hökumətində Səhiyyə naziri vəzifəsini tutmuş Nurməhəmməd Şahsuvarovun xatirəsi tərəfimizdən daim böyük hörmətlə yad edilir.

Kürdlər həmişə Azərbaycanın ərazi bütövlüyü naminə ermənilərə qarşı azərbaycanlılarla eyni cəbhədə mübarizə aparmış, yeri gəldikdə isə hətta vətən yolunda canlarından belə keçməyi özlərinə şərəf işi hesab etmişdilər. İllərin sınağından keçmiş bu dostluğun və qardaşlığın nəticəsidir ki, bu bölgədə yaşayan azərbaycanlılar – kürd sözünü, kürdlərin isə – azərbaycanlı sözünü özlərinin şərəf, ləyaqət və qüruru hesab ediblər.

Məqalədə kürdlərin Cənubi Qafqaza xüsusən də Azərbaycana gəlmələrinin tarixi araşdırılsada, yüzlərlə müsəlman kürdünü 1945-1950 illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən), Mərkəzi Rus hökumətinin qərarı və göstərişi ilə qovaraq Qazaxstan və Azərbaycan ərazilərinə deportasiya etmələri, habelə 1988-1990-cı illərdə və bütünlüklə Dağlıq Qarabağdan, Ermənistandan kürdlərin kütləvi şəkildə qovulduqlarını, onlarla kürd kəndinin dağıdılaraq xarabalığa çevrilməsinin üzərindən sükutla keçilir. Öz müdafiələri üçün ermənilərə qarşı vuruşan qəhrəman kürd oğulları, kürd şəhidləri haqqında ümumiyyətlə söbət açılmır. Halbuki, 1992-ci ildə birinci Qarabağ müharibəsi zamanı Laçın rayonunda Azərbaycanın mili qəhrəmanı adına layiq görülmüş beş mili qəhrəmandan biri məhz kürdlərin nümayəndəsi Kamil Nəsibovdur. İndi Laçında, Kəlbıcərdə, Qubadlıda elə bir kürd ailəsi tapmaq olmaz ki, erməni təcavüzündən sonra itkisiz və ya şəhidsiz ötüşmüş olsun.

Məqalədə kürdlərin İrəvan quberniyasında məskunlaşdıqları göstərilir: “На территории Эриванской губернии курды жили в Сурмалинском, Шарурском, Эчмиадзинском, Александропольском, Эриванском, Нахчыванском и Новобаязидском уездах”. Lakin adları çəkilən ərazilərdə məskunlaşmış kürdlərin sonrakı taleləri haqqında məlumat verilmir. (?) Məqalədə kürdlərin Cənubi Qafqazda məskunlaşdıqları illər belə qeyd olunur: - “Экспедиционными исследованиями выяснено, что почти все пожилые курды на Южном Кавказе знают историю возникновения своего села как правило, эти села создавались переселенцами из соседних стран. Основная масса курдского населения переселялась в этот регион из Ирана с начала XIX, оседая в горных и предгорных районах Азербайджана. После подписания Туркменчайского договора 1828 г. вместе с частью азербайджанских земель к России отошли и курдские селения. В числе таких сел можно указать Зиланлы и Шотланлы нынешнего Губадлинского района. Курдские переселенцы из Ирана в Азербайджан 1813, 1828 и 1914 годов обосновались в Зангезурском уезде Елизаветпольской губернии”.

Onların bir çoxu məskunlaşdıqları ərazilərdə daimi oturaq həyat yaşamırdılar, kürdlərin köçəri həyata meyilli olmaları onların Azərbaycanda ümumi saylarının stabil olaraq artmasına əngəl törədirdi. Odur ki Azərbaycanda kürdlərin sayı həmişə artan və azalan xətt üzrə inkişaf etmişdir.

Onların bir çoxu məişət şəraiti ilə əlaqədar, başqa vilayətlərə köç edib gedir bir çoxları isə tez-tez yaşayış yerlərini dəyişirdilər. Məhz bu səbəbdən də onlar yaşadıqları ərazilərdə heç bir iz qoymurdular. Çünki bu ərazilərdə kürdlərin tarixi ilə bağlı heç bir maddi - mədəni sübut yoxdur. Yaşadıqları ərazilərdə kürdlərə məxsus tarix, mədəniyyət və memarlıq abidələrinin olmaması da bu qənaəti şərtləndirən əsas amillərdən biridir.

Məqalədə oxuculara kürdlərin bir qisminin zədəgan titullularının (bəy) böyük torpaqlara sahib olmaları barədə yalan məlumat verilir. Çünki öz ölkəsini tərk edib başqa bir ölkədə məskunlaşan qaçqının böyük torpaqlara sahib olmasını iddia etmək gülünc görünür: - “Для социально-экономических отношений курдов Южного Кавказа начала XIX в. характерно сохранение родоплеменных пережитков. В курдском обществе того времени существовало два класса: феодалы и зависевшие от них крестьяне. В этот период еще сохранялось деление курдов на племена (эл), которые объединяли несколько родов (бар). Во главе племен и родов стояли ага и беки. Должность ага и бека переходила по наследству. Курдские феодалы-землевладельцы приобрели большие массивы пахотных земель. В качестве примера можно привести селение Зиланлы Зангезурского уезда, где земли принадлежали крупным землевладельцам Гасанбегу и Исмаилбегу. Крупные земельные участки в Лачинском районе принадлежали бегам Султановым”. Bu fikirin yalan olduğunu isbatlayan sübutlardan biridə odur ki epizodda adları çəkilən bəylərin ikisi haqqında əlimizdə dəlil hələlik yoxdur. Amma Sultanovlar nəsli milliyyəcə kürd olmadığı halda məqalədə kürd kimi qeyd olunub.

Kürdlər məskunlaşərkən azərbaycanlı kəndlərinin ətrafındakı boş istifadəsiz qalmış yerlərdə və ya ucqarlarda yəni, yaylaq ərazilərində məskunlaşaraq heyvandarlıqla məşğul olmağa başladılar. Odur ki onlar xüsusən də Laçın rayonunda münbit ərazilərə sahib deyildilər. Əvvəllər kürdlər arasında əkinçilik və bağçılıq peşəsi elə də güclü inkişaf etməsədə, daha sonralar onlar bu bölgədə əkinçilik və bağçılıq peşələri ilə də məşğul olmağa başladılar. Oturaq həyata qayıdan kürdlər, ənənəvi heyvadarlıq peşəsi ilə məşğul olan azərbaycanlılarla birgə yayda yaylağa, qışda isə qışlağa köçmə qaydalarından istifadə edirdilər. Laçın rayonunda yaşanan bu birgə həyat tərzi Sovet Dövlətinin süqutuna qədər davam etmişdir.

Məqalədə Azərbaycanın ictimai, siyasi və mədəni həyatında xidməti olan kürdlərin adları çəkilir: “...Многие видные представители курдской общины получили образование на азербайджанском языке, внесли свой вклад в развитие науки и культуры Азербайджана. Среди них министр просвещения в правительстве АДР Нурмамед Шахсуваров, первый военный министр в правительстве АДР Хосров бек Султанов, видный общественный и политический деятель Чингиз Илдырым, министр внутренних дел Азербайджанской ССР Ариф Гейдаров, писатели Сулейман Рагимов, Али Велиев и Фарман Керимзаде, поэт Джалал Бергушад, председатель Верховного совета АзССР Мамед Искендеров и другие”. Mən inanmıramki tarixlə məşğul olan bir ziyalı belə kobud səhv edərək AXC-nin Hərbi Naziri və Qarabağın General Qubernatoru olmuş Xosrov Paşabəyoğlu Sultanovu kürd adlandırsın.

X.Sultanovun daha bir qohumu Ramil Cəbrayıl bu barədə deyir: - Qasımusag tayfasının türk olmasını hər kəsə sübut edə bilərəm. Biz 7-8 kəndik. Hamı bir birinə qohumdur. Kürdlərlə Sultan bəyin nəslinin qohumluğu yoxdur mən bu barədə dnk analizi də təşkil edə bilərəm. Bundan başqa Fərman Kərimzadənin, Əli Vəliyevin və Cəlal Bərgüşadın da qohumları onların kürd olmadıqlarını iddia edirlər. Bütün bu deyilənlərdən sonra Süleyman Rəhimovun, Arif Heydərovun Məmməd İsgəndərovun soylarının araşdırılmasına ehtiyac duymadım.

Beləki Insanın soy kökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir. Hər kəs öz adı öz soy kökü ilə çağrılmalıdır. Faiq İsmayılov

Mənbə: İsmayılov F., LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər"-2012-ci il

Qeybullaev Q. Toponimiə Azerbaydcana. – Baku: Glm, 1986. .

Vəliyev M.H. /Baharlı/. Azərbaycan. –Bakı: Azərbaycan, 1993

Шавров Н. Новая угроза русскому делу в Закавказье, Баку,Элм 1990.

Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. –Bakı: Oğuz eli, 1998. – 452s

Букшпан А. Азербайджанские курды. Баку, 1932.

Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1. Баку, 1991.

Народы Кавказа, т.II. М., 1962.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 317

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...