QHT və MEDİA
A- A A+

“Foreign Policy News”: Ermənistanın “Amulsar” mədəni Cənubi Qafqazın ekologiyası üçün fəlakət mənbəyidir

2019-09-10 08:40:00

.

ABŞ-ın “Foreign Policy News” portalında Ermənistanda “Amulsar” qızıl mədənində işlərin davam etməsinin ətraf mühitə ziyan verməsindən və faciəvi ekoloji problemlərə gətirib çıxaracağından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Amulsar” mədəni və rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe haqqında yazan Mərkəzi və Şərqi Avropa üzrə analitik Maykl Bennett Ermənistanın baş naziri Nikol Paşinyanın qızıl mədənində işlərin davam etdiriləcəyini bəyan etdiyini bildirib. O qeyd edib ki, lakin yerli və beynəlxalq ekspertlər, ekoloqlar və səlahiyyətli dairələr bu layihənin nəinki Ermənistanın, hətta bütün Cənubi Qafqazın ekologiyası üçün fəlakət yaradacağını söyləyirlər.

Qeyd olunur ki, baş nazir Nikol Paşinyan bu yaxınlarda Facebook səhifəsində bildirib ki, layihənin Ermənistana və bölgəyə nə dərəcədə zərərli olmasını təyin etmək üçün yaradılan beynəlxalq ekspertlər qrupunun apardığı tədqiqata görə, Cermux və Sevan gölü yaxınlığında yerləşən “Amulsar” qızıl mədəninin istismarının heç bir ekoloji təhlükəsı yoxdur.

Müəllif yazır ki, Paşinyanin erməni xalqına 2025-ci ilə böyük iqtisadi sıçrayışlar söz verməsi onu bu layihənin reallaşmasında daha maraqlı edir. Belə ki, layihənin operatoru olan Böyük Britaniyanın “Lydian Armenia” şirkəti Ermənistanda sosial layihələrin icrasına 3 milyon dollardan çox vəsait xərcləyib, həmçinin təbiətin mühafizəsi məqsədilə qoruq yaradacağına boyun olub. Hazırda qarşısına ciddi iqtisadi artım planı qoyan Ermənistan hökuməti üçün “Amulsar” qızıl mədəninin istismarı layihəsi göydəndüşmə kimi görünə bilər.

Yerli ekoloqlar isə baş nazirin bu bəyanatına cavab olaraq Ermənistanın paytaxtı Yerevan şəhərində bir neçə etiraz aksiyası keçirib və bu layihənin Cənubi Qafqazda yeni ekoloji təhlükə ocağı olacağını bildiriblər.

Oxucuların diqqətinə çatdırılır ki, “Amulsar” qızıl yatağı Ermənistanın təmiz qızıl ehtiyatına görə ikinci yatağıdır. Yataqda 31 milyon ton qızıl filizi və 40 min ton təmiz qızıl aşkarlanıb. Ekoloqların fikrincə, Arpa və Vorotan çayları arasında, Cermux kurort şəhərinin 13 kilometrliyində yerləşən yatağın istismarı zamanı Cermux yatağı yaxınlığında olan yeraltı sular, daha sonra isə əsas su mənbəyi olan Sevan gölü həyat üçün təhlükəli olan maddələrlə çirklənəcək və bu, həlli mümkün olmayan fəlakətə səbəb ola bilər. Məhz bu səbəbdən ekspert rəyi alınana qədər “Amulsar” qızıl mədənində işlər dayandırılıb və “Earth Link & Advanced Resources Development” (ELARD) şirkətinə kompleks ekspertiza aparmaq üçün vəsait ayrılıb. Lakin ELARD şirkətinin gəldiyi nəticə Ermənistan rəhbərliyinin istəyi ilə üst-üstə düşüb və bu yataqların istismar edilməsini qeyri-təhlükəli kimi qiymətləndirib. ELARD bildirib ki, yataqların istismarı zamanı təhlükələr minimal və aradan qaldırılandır. Buna baxmayaraq, dünyanın aparıcı beyin mərkəzlərinin üç əməkdaşı Ermənistandan olan həmkarları Harun Branozyanla birgə layihənin ətraf mühitə təsiri sənədini incələyərək belə qərara gəliblər ki, “Amulsar” qızıl yatağının istismarı layihəsi ətraf mühit üçün çox zərərlidir.

Maykl Bennett qeyd edir ki, layihə nəinki Cermux ətrafı bölgələrə və Sevan gölünə, həmçinin Azərbaycan ərazisindən keçən çayların çirklənməsinə şərait yaradır. Layihənin başlanması ilə asid, metal, sulfat, nitrat və digər həyat üçün təhlükəli zərərli maddələrin Arpa, Darb və Vorotan çaylarına, Kerçut su anbarına axacaq, bəlkə də daha çox müddətdə axıdılması baş verəcək ki, bu da nəticədə ekosistemin məhvinə şərait yaradacaq. “Lydian” şirkətinin nəzərdə tutduğu tədbirlər yetərli deyil və su hövzələrinin çirklənməməsi riskini qarşılamır”, - deyə ekspertlər bildiriblər.

Hesabatda adıçəkilən Arpa çayının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində, Vorotan çayının isə Ermənistan tərəfdən işğal edilmiş Azərbaycan torpaqlarında Araz çayı ilə birləşdiyi bildirilir. Bu, o deməkdir ki, qızıl yataqlarının istismarı nəticəsində çirklənmiş su Araz vasitəsilə Azərbaycanın əsas içməli su ehtiyatı olan Kür çayına, oradan isə neft və nərə balıqları ilə zəngin Xəzər dənizinə axıdılacaq. Beləliklə, “Amulsar” yatağının istismarı nəinki Cermux ətrafına və Sevan gölünə, həmçinin kütləvi iqlim dəyişiklikləri ilə mübarizəyə qoşularaq ağacəkmə kampaniyasının aparıldığı Azərbaycan və bütün Xəzər hövzəsi ölkələri üçün də təhlükəli olacaq. Bu, artıq problemi iki qonşu ölkə çərçivəsindən çıxaracaq və Amazon meşələrinin yanması kimi dünya miqyaslı edəcək.

Son olaraq hesabat müəllifləri Ermənistan hökumətini və onun vətəndaşlarını bu layihənin reallaşdırılmasına imkan verməməyə çağırıblar.

Ekoloqlar, həmçinin bildirirlər ki, bu layihəni həyata keçirməklə Ermənistan BMT-nin transsərhəd çayları ilə bağlı konvensiyasına da zidd hərəkət etmiş olacaq.

Məqalənin sonunda qeyd olunur ki, “Amulsar” qızıl mədəninin yarada biləcəyi ekoloji fəsad iqlim dəyişikliyi ilə bağlı böyük dövlətlərin ortaya qoyduğu məqsədlərin əleyhinə fəaliyyət kimi qiymətləndirilə bilər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 212

QHT və MEDİA

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...