QHT və MEDİA
A- A A+

Region gəncləri İrəvan tarixini öyrənirlər

2015-10-16 09:15:26

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “İrəvan - bizim qala. 2- ci mərhələ” adlı layihə icra edilmişdir

7- 8 oktyabr 2015 – ci ildə İsmayıllı rayonunda, 9 -10 oktyabr 2015 – ci il tarixlərində Şəki şəhərində və 12- 13 oktyabr 2015 – ci il tarixlərində Masallı rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsılıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə - baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd etmişdir. Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilmiş, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunmuşdur. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılmışdır. Seminarlar tarixçi Səbuhi Hüseynov tərəfindən aparılmışdır. Seminar -dərslər aşağıdakı mövzuları əhatə etmişdir

• İrəvan – qədim Azərbaycan torpağı

• İrəvan – tarixi faktlar

• İrəvanın tarixi memarlıq abidələri

• İrəvan əhalisi

• Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti

 

Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gəncin cəlb olunması nəzərdə tutulmuşdur. Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunmuşdur. İrəvan tarixi ilə bağlı nəşr - poliqrafiya məh¬sulları iştirakçılara paylanmışdır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Xatırladırıq ki, layihənin ilk mərhələsi bu ilin birinci yarsında Azərbaycanın Sabirabad, Biləsuvar, Aqstafa bögələrində həyata keçirilmişdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 766

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...