QHT və MEDİA
A- A A+

Bizim fəaliyyətimiz Qanunla tənzimlənir

2019-09-07 08:45:24

.

Son vaxtlar rastlaşdığım neqativ hallar məni bu müraciəti etməyə məcbur etdi. Hər kəs üçün açıq şəkildə bəyan edirəm, mənim rəhbərlik etdiyim Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanununa uyğun tənzimlənir. Təşkilatımızın məqsədi: - İşğal Olunmuş Ərazilərdəki Azərbaycanın Məndəni dəyərlərinin qorunması, müdafiə edilməsi və eləcədə Azərbaycanın Mədəni dəyərlərinin məhvinə yönəlmiş antihumanist hərəkətləri ifşa etməkdir.

Təşkilatımızın əsas fəaliyyət istiqaməti (missiyası): - Azərbaycanın İşğal Olunmuş Ərazilərininin tarixinin və mədəniyyətinin o cümlədən Azərbaycanın Maddi və Mədəni Dəyərlərinin qorunmasına, mühavizəsinə və təbliğinə yardımçı olmaqdan ibarətdır.

Daimi tərəfdaşlarımız: Azərbaycanın Mədəniyyət Nazirliyi, AMEA hüquq və İnsan Haqlqrı İnstiitu və Azərbaycan Memarlar İttifaqıdır. Gündəlik fəaliyyətimizi, 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun həyata keçiririk. Bildiyiniz kimi Ermənistan, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir.

Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-qanuni iddiası, 1992-ci ildə işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qeyri-qanuni fəaliyyət həyata keçirir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasəti nəticəsində 10 mindən çox yer adlarını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və yüzlərlə toponimləri dəyişdirərək erməni adları ilə əvəz ediblər.

Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsələri inşa edib. Eləcədə, Azərbaycanın işğal altındakı bütün ərazilərində yüzlərlə erməni xaç nişanları quraşdırılıb, tanınmış terrorçuların xatirəsinə momerial komplekslər tikirlər.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır. O cümlədən, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.

İşğal altında qalan mədəni irsimiz barədə məlumatlar əldə etmək üçün, apardığımız çoxsaylı tədqiqtların nəticələrini mütəmadi olaraq Azərbaycanın Mətbuat və İnformasiya orqanlarına yönəldirik. Bizim fəaliyyətimiz könüllüdür və verdiyimiz məlumatlara görə qonqrqr və bu tipli digər ödənişlər tələb etmirik. Halbuki aldığımız məlumatların bir çoxu bizə böyük xərclər bahasına başa gəlir.

Bu qədər zəhmətimizin qarşılığında bir çox informasiya orqanlarının bizim fəaliyyətimizə göstərdikləri hörmətsizlik, bir çoxlarının isə nümayiş etdirmələri laqeyidlik təşkilatımızın hər bir üzvündə dərin təəssüf doğurur. Biz fəaliyyətimizlə gəlir əldə etmirik. Məhz buna görə də umacaqlı görünən bəzi mətbuu orqanlara ödəniş etmək gücündə də deyilik.

Əziz jurnalist dostlar, 27 il işğal altında qalan Qarabağ, hər birimizin vətənidir. Bu ərazi hər gün erməniləşir, yadlaşır və hər gün bir addım bizdən uzaqlaşır. Hansısa Şomenlərin, lotuların təbliği Qarabağın mədəni irsinin təbliğindən üstün olmamalıdır. Bizə bu müqəddəs yolda kömək edin, arxa durun, arxa durun ki, Azərbaycanın ərazi bütövlüyünün bərpas uğurundakı bu ideoloji mübarizədə sizin də payınız olsun. Əgər bunu bacarmırsınızsa onda heç olmasa məlumatlarımızı mənimsəməyin, bizə qarşı aqressiv olmayın.

Faiq İSMAYILOV

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 341

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...