QHT və MEDİA
A- A A+

Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsi anılıb

2019-09-06 17:05:42

.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Nazirliyin və Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlarının, Qarabağ müharibəsi veteranlarının, qazilərin, Milli Qəhrəmanın ailə üzvlərinin, döyüşçü yoldaşlarının və respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Milli Qəhrəman Səfiyar Behbudovun şərəfli ömür yolundan, Qarabağ müharibəsi başladığı ilk günlərdən könüllü olaraq müdafiə qüvvələrində düşmənlə mübarizədə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışaraq, xalqımızın belə mərd oğulların xatirəsini daim yaddaşlarda əbədi yaşadacağını vurğulayıblar.

Xatirə tədbiri Milli Qəhrəmanın həyat yolundan bəhs edən “Simurq ömrü” adlı sənədli videomaterialın nümayişi ilə davam edib.

Milli Qəhrəmanın bacısı Naibə Behbudova ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Milli Qəhrəmanın xatirə tədbiri xalq mahnılarından, vətənpərvərlik ruhlu musiqilərdən və hərbi marşlardan ibarət konsert proqramı ilə başa çatıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 187

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...