SİYASƏT
A- A A+

"Qlobal təhlükələrin dəf edilməsi üçün dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi zəruridir"

2019-09-06 14:05:01

.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

Hörmətli iclas iştirakçıları!

Sizi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasında ürəkdən salamlayıram.

Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır. Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün dövlətlərin milli maraqları və davamlı inkişafı baxımından son dərəcə vacibdir. Regional, hətta qlobal xarakterli təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi zəruridir.

Qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Müxtəlif formatlarda həyata keçirilən əməkdaşlığımız qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərimizin birləşməsinə yönəlmişdir.

Dövlətlərimizin üzləşdiyi risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu mənada, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətimizi əlaqələndirməyə və XXI əsrin çağırışlarına birlikdə cavab tapmağa imkan verən səmərəli vasitələrdən biridir.

Əminəm ki, bu iclas tərəfdaş qurumlar arasında təcrübə mübadiləsi və analitik-informasiya dəstəyi üçün əlverişli şərait yaradacaq və bununla da beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verəcək.

Bir daha sizi Azərbaycanda salamlayır, işinizdə uğurlar arzulayıram”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 526

QHT və MEDİA

2020-07-15 08:00:17

QHT və MEDİA
“Vətən Uğrunda Hərakat” Ermənistanın tö...
“Vətən Uğrunda Hərakat” Ermənistanın tö...

12 iyul tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz, Qazax və N...

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...