MÜSAHİBƏ
A- A A+

Abdulla Əmir Haşımı Cavanşır: "İki dövlət bir millət fikri xaricdə yaşayan soydaşlarımızın ruhuna hakimdir"

2019-09-03 08:40:22

Fact-info.az saytının bugünkü qonağı İsveçdə fəaliyyət göstərən Cənubi Azərbaycan Konqresinin sədri, Azərbaycan Mədəniyyət-Qarabağ Cəmiyyətinin rəhbəri Abdulla Əmir Haşımı Cavanşırdir. O, bir sıra suallara aydınlıq gətirib.

-Öncə ondan başlayaq ki, Avropa məkanında Azərbaycanın tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği işi necə gedir?

-Avropada bir milyondan artıq azərbaycanlılar yaşayır. Onlar Güney və Quzeydən müəyyən səbəblərin əsasında müxtəlif dövrlədə məskunlaşmışlar. Yerli insanlarla bərabər dinc yaşayırlar. Onların bir çoxu yaşadığı ölkələrdə qaynayıb qarışıblar. Lakin hələdə az deyil azərbaycanlılar ki, bu gün öz xalqının mədəni irsinin yaşatmaqla onun təbliği ilə məşğul olurar. Son 30 ildə müəyyən səbəblərə görə, dərnək və təşkilatlarımızın yaranma prosesi sürətlənib və Azərbaycanın qədim milli-mənəvi dəyərləri və mədəni irsinin təbliğ və tanıtdırması fəaliyyət məqsədinə çevrilmişdi. Lakin son zamanlar Avropa məkanında gündən günə genişlənən ekonomi, ekololoji və miqrasiya ilə bağlı problemlər, təbii ki, bu prosesi əngəlləyir və Azərbaycanı sevməyən qüvvələri akivləşdirir. Bununla bərabər işğalda olan rayonlarımızın azadlıq prosesinə maneə yaradır və bir sıra problemlərin həlli qaşısında daş atılır.. Bunlara baxmıyaraq, bir tərəfdən ölkəmizdə gündən -günə gedən savam edən islahatlar, əldə edilən nailiyyətlər və sabitlik, regionda gedən gərginliyə rəğmən Azərbaycanımızın imicinin Avropa ölkərəri arasında artırır. Xarici ölkərədə yaşayan soydaşlarımız bu prossesi müşahidə edərkən özünü daha artıq vətənin inkişafında və onun təbliğində vəzifəli və məsul hesab edir və günü -gündən daha çox insan bu fəaliyyətə qoşulur.

-Bəs Türk-Azərbaycan diaspora təşkilatlarının birgə fəaliyyəti tənzimlənirmi?

-Xaricdə Türk-Azərbaycan təşkilatlarının birgə fəaliyyətlərinin təməl daşı son 20-30 il ərzində qoyulub və inkişaf edir. İraq türkləri, Türkiyə türkləri, uyğurlar, qaşqaylar, türkmənlər və azəbaycanlılar arasında iş birliyi mövcudur. Çətin anlarında bir yerdədirlər. Özbək və qazax türklərilə də yaxndan əməkdaşlıq edirik.

-Türk və digər dost diaspor təşkilatlarının bu təbliğat işinə, Azərbaycanın haqlı, ədalətli mövqeyinə münasibəti necə olur?

-Türk diapor təşkilatlarının mövqeyi tam aydındır. Türkiyənin dövlətinin Qarabağla bağlı birmənalı məvqeyi və bizim "İki dövlət bir millət" söyləyişi xaricdə yaşayan soydaşlarımızın ruhuna hakimdir. Əlbəttə, Güney Azrbaycanda gündən-günə güclənən milli - mədəni inkişafın əks sədasını Aropada biz türklər arası öz töhfəsini verir . "Turanın yolu Təbrizdən keçir" fikri Avropa ilə Türk dünyası arasında inteqrasiyanı, dostluq -qardaşlığı gündən-günə möhkəmləndirir.

-Bu gün sadə avropalı, isveçli Azərbaycanı yetərincə tanıyırmı?

-Məqsədə çatmaq üçün daha çoxlu iş görülməlidi və çoxlu vəsait lazimdir. Ölkəmizin həyatından, tarıxındən kitab, film və materallar hazırlanıb diaspor təşkilatların əllərinə çatmalıdi. Bu barədə Dovlət Diaspora komitəsinin hörmətli keçmiş məsulları tərəfindən bir sıra dəyərli işlər görülmüşdü o cümlədən kitab, neçə dildə kitab və disk hazılanmışdı. Ümüd ki bu dəyərli işlər davamlı olsun. Son günllərdə sizin yəni "Sosial Rifah və Tədqiqatlar İctimai Birrliyi"-nin ingilis dilində hazırladığıniz sənədli filmin təqdimat mərasimində iştirak etdim. Film soyqırımla bağlı idi. Araşdırmalar bir neçə istiqamətdə aparılıb və müxtəlif arxiv sənədləri ilə bərabər canlı şahidlərin fikirləri də təqdim olunumuşdu.Mən çox bəyəndim. Məncə film xaricdəki dərnəklərimizin stolüstü vəsaiti ola bilər buna görə sizi təbik edirəm və davamlı olmasın arzulayıram.

-Əcnəbi KİV-lərlə əməkdaşlığı necə qurursunuz?

-İsveç demokratik ölkə olduğu üçün imkan verir Azərbaycanımıza qarşı hər hansı neqativ mövqey olarsa dərhal KİV-lərdə cavablandıraq. Müxtəlif səpkili yazılarımızı KİV-lərə göndəririk. Lakin qeyd edim ki, nufuzlu qəzet, radio və tv sahibi olmaq yüksək maliyyə imkanlar tələb edir. Təəssüf ki, o imkanlar, hələlik bizdə yoxdur. Əlbəttə, bir çoxlu internet, radio və tv kanalları var ki, dəyərli soydaşlarımızın tərəfindən idarə olunur və əllərinə sağlıq Azərbaycanımız haqqında müəyyən işlər görülür.

-Dünyada genişlənən dini qütbləşmə, müsəlman dünyasına qarşı bəzən haqsız münasibət sizin oradakı fəaliyyətinizə, yaşamağınıza ciddi maneə olurmu?

-Hami bilir ki, biz Avropa azərbaycanlıları kültürlər arası dialoq, insan huquqları, demokratiya, sülh və inteqrasiya tərəfdarıyıq. Bu çərçıvədə fəaliyyət göstəririk. Qurduğumuz dərnəklərdə həmin məzmunları daşıyır. Azərbaycan dövləti də xalqlar və dövlətlərlə əlaqələrini bu prinsiplər üzərində qurub möhkəmləndirir. Lakin qeyd etdiyiniz kimi dünyada dini qütbləşmələr, münaqişələr, müharibələr, məcburi köçkünlərlə bağlı problemlər səngimir. Böyük dövlətlər tərəfindən Qarabağın işğalı günü-gündən uzadılır və bir milondan artıq qaçqınımız əziyyətdə yaşayır. İran –ABŞ münasibətləri 40 milyondan artıq güneyli vətəndaşlarımıza dəhşətsaçan zərbələr vurur. Təbii ki, biz terrorizmə yox deyirik. Nüvə silahının istehsalını, qonşu ölkərərin daxili işlərinə qarşımaq məsləsini pisləyirik. Lakin embarqo daha çox maddi sıxıntı içində əzilən xalqımızın milli -mədəni fealiyyətini olduqca çətinləşdirir və bu, bizi artıq narahat edir.

Toğrul


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 769

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...