SOSİAL
A- A A+

İctimai rəy sorğusunun nəticələri Azərbaycanda sabitlik və təhlükəsizlik olduğunu təsdiqləyir

2015-10-15 09:10:33

Amerikanın nüfuzlu “Arthur J. Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzi Azərbaycan əhalisi arasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib

Məlumatda deyilir: “Seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir”.

İctimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. Onların ölkəsi düzgün istiqamətdə irəliləyirmi sualına iştirakçıların 77,1 faizi müsbət, 14,7 faizi mənfi cavab verib. Sorğu edilənlərin 41,3 faizi deyib ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır, respondentlərin 7,2 faizi isə iqtisadi məsələlər üzrə narahatlığını bildiriblər.

“Arthur J. Finkelstein & Associates” beynəlxalq mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, “rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır”.

Geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regionda “sabitlik adasıdır”, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq, ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb.

Rəyi soruşulan vətəndaşların 80 faizindən çoxu, həmçinin qeyd ediblər ki, Qərb partnyorları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edən dövlətin rəhbərliyi ölkəni terrorizmdən uğurla müdafiə edir.

Sorğunun məlumatına görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Mərkəzin məlumatına görə, 14 faiz isə öz seçimində qərarlaşmayıb.

Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1 faizi “yaxşı” və “əla” cavablarını veriblər.

Məlumatın sonunda bildirilir ki, “sorğunun nəticələri təsdiq edir ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq olmaq, seçilən qanunvericilərdən Azərbaycanın Dağlıq-Qarabağ regionunun qaytarılması uğrunda mübarizəni davam etdirmələrini gözləyirlər.

 

Ümumilikdə 1000 respondentin iştirak etdiyi sorğu bu il sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycanın 108 seçki dairəsində aparılıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 1056

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...