QHT və MEDİA
A- A A+

Müdafiə naziri: Yüksək döyüş hazırlığına nail olmaq ordumuz qarşısındakı ən mühüm vəzifələrdəndir

2019-09-02 08:25:23

.

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Orduda aparılan islahatlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə toxunan Müdafiə naziri hərbi hissələrin müasir silah-sursatla təmin edilməsi və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının Azərbaycan Ordusunun güclənməsində və torpaqlarımızın işğaldan azad edilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Nazir bu istiqamətdə fəaliyyətlərin yüksələn templə davam etdiriləcəyini bildirib.

Müdafiə naziri intensiv döyüş hazırlığı ayının yekunlarını təhlil edərək bütün hərbi hissələrdə, xüsusilə ön xətdə yerləşən bölmələrdə döyüş fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldiyini qeyd edib.

Nazir növbəti aylarda qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə təşkil olunan məşqlərin və təlimlərin sayının artırılması, onların direktiv və təlimatlara uyğun daha səmərəli təşkili, eləcə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.

General-polkovnik Z.Həsənov həmçinin dağlıq və çətin relyefli ərazilərdə döyüş növbətçiliyi aparan bölmələr üçün maddi-texniki təminat ehtiyatlarının yaradılması, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, mövqelərdə, strateji kommunikasiya xətlərində, daşınma yollarında mühəndis-istehkam işlərinin daha keyfiyyətli aparılması və digər vacib məsələlərlə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib. Sonda Müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 148

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...