İQTİSADİ
A- A A+

“Şərq İqtisadi Forumu-2019”: işgüzar və siyasi fəallıq ildən-ilə artır

2019-08-31 14:20:08

.

Sentyabrın 4-6-da Rusiyanın Vladivostok şəhərində beşinci Şərq İqtisadi Forumu keçiriləcək. Sözügedən forum 2015-ci ildən etibarən hər il keçirilir. Forumun Rusiya iqtisadiyyatı üçün əhəmiyyətini diqqətə çatdırmaq üçün bircə faktı vurğulamaq kifayətdir: 2015-ci ildən başlayaraq, ABŞ və Avropa Şurasının Rusiyaya qarşı tərbiq etdikləri sanksiyalar şəraitində dünyanın 65 ölkəsindən 21 min nəfər forumda iştirak edib, dəyəri 7 trilyon 446 milyard rubl olan 650–dən çox saziş imzalanıb.

2015-ci ildə bu meydança Kremlin ABŞ-ın Rusiyaya göstərdiyi sanksiya təzyiqinə etinasızlığının özünəməxsus bəyanatı oldu. O dönəmdə siyasi jest kimi dəyərləndirilən tədbir zamanla əsl iqtisadi foruma çevrildi. Bu forumu nəinki Şərqdə, eləcə də Qərbdə işgüzar dairələri gözləyir.

Qeyd edək ki, 2015-ci ildə forumda 2,5 min nəfər, 2018-ci ildə isə artıq 596 min nəfər iştirak etmişdi, bu isə təxminən 3 qat artım deməkdir. Ötən il Vladivostokda keçirilən Dördüncü Şərq İqtisadi Forumuna Çindən, Koreyadan, Monqolustandan, Yaponiyadan, Böyük Britaniyadan, Hindistandan, hətta ABŞ-dan da iş adamları qatılmışdı. Forumda ümumi dəyəri 446 milyard dollar olan 220 razılaşma imzalanmışdı.

Meydançada demək olar ki, Rusiyanın bütün iri korporasiyaları, eləcə də Asiyanın nüfuzlu transmilli şirkətləri qeydiyyatdan keçmişdi. Ötənilki forumda yalnız Rusiyanın qazanc əldə etdiyini demək doğru olmazdı. Belə ki, forum çərçivəsində Çinin Beijing Gas Group və Rusiyanın Rosneft şirkətləri qaz kompressor stansiyalarının tikintisi üzrə birgə müəssisə yaratmaq barədə razılığa gəldilər, Yaponiyanın Mitsui şirkəti ilə Rusiyanın qaz inhisarçısı olan Qazprom Şirkəti isə "Baltik MTQ" layihəsi üzərində birgə çalışacaqıarına dair saziş imzadılar.

Rusiya hakimiyyəti ilə Rusiya ərazisində tullantıların emalına sərmayə yatıracağını vəd edən Amerikanın Duracell şirkəti arasında müqavilə imzalanması isə ötənilki forumda əsl sensasiya oldu. 4 il ərzində Şərq İqtisadi Forumunun işində Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Cənubi Koreya prezidenti Park Geun-hye, Yaponiyanın baş naziri Şinzo Abe, Cənubi Koreya prezidenti Mun Çje İn, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa, eləcə də iri beynəlxalq korporasiyaların rəhbərləri iştirak ediblər.

Göründüyü kimi, Şərq İqtisadi Forumunda işgüzar və siyasi fəallıq ildən-ilə artır. Uzaq Şərqə sərmayə cəlb etmək məqsədi ilə təşkil olunan tədbir Asiya-Sakit Okean bölgəsində yeni dünya düzəninin konturlarını müəyyənləşdirən nüfuzlu beynəlxalq meydançaya çevrilir. Forum iştirakçılarının coğrafiyası durmadan genişlənir: V Şərq İqtisadi Forumunda ilk dəfə Rusiya Kamçatkasında geotermal mənbələrin işlənməsi layihəsi ilə İslandiya nümayəndə heyəti iştirak edəcək.

Forum yalnız böyük kommersiya uğuru deyil, həm də Rusiya diplomatiyasının təkamülündə mühüm mərhələ oldu. Çünki Rusiyanın xarici siyasətində şərq vektorunun əsaslı şəkildə möhkəmlənməsini təsdiq etdi. Uzaq Şərqin sərmayə məkanında dünyanın 17 ölkəsi fəaliyyət göstərir. Bunlar: Çin, Yaponiya, Koreya Respublikası, Avstraliya, Yeni Zellandiya, Vyetnam və başqalarıdır. 2014-ci ildən Rusiyaya daxil olan birbaşa xarici investisiyaların təxminən 32%-i Uzaq Şərq regionlarına yatırılıb.

Builki beşinci forumda 2015-ci ildən etibarən Uzaq Şərqin sosial-iqtisadi inkişafına dair görülmüş işlərə yekun vurulacaq. “Şərq İqtisadi Forumu-2019”-da həmçinin Uzaq Şərqin gələcək inkişafına dair aparılacaq işlərin əsas istiqamətləri və yeni xarici investorların cəlb olunması məsələsi də müzakirə olunacaq.

Builki forumda ən çoxsaylı nümayəndə heyəti Çin,Yaponiya, Böyük Britaniya, ABŞ, İsveçrə və Hindistandan gözlənilir. Foruma həmçinin Hindistanın Baş Naziri Narendra Modi, Yaponiyanın Başa Naziri Sindzo Abe, Mahathir bin Mohamad və Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa da təşrif buyuracaqlar. Onlar Rusiya Prezidenti Vladimir Putinlə birgə Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edəcəklər.

Təqdim edilən forum iştirakçıları sübut edir ki, bu gün beynəlxalq siyasəti yalnız “Böyük yeddilik” ölkələri deyil, Çin və Hindistan kimi digər aparıcı ölkələr də müəyyən edir. Beşinci Şərq İqtisadi Forumunda imzalanacaq müqavilələrin sayı və sazişlərin məbləği ilə bağlı proqnozlar vermək hələ tezdir. Amma göründüyü kimi, Rusiyanın danışıqlar üçün təklif etdiyi meydançaya maraq göstərənlərin sayı getdikcə artır. Çox guman ki, sentyabrın əvvəlində Rusiyanın Vladivostok şəhərində sanksiyalar, iqtisadi müharibələr və qarşılıqlı məhdudiyyətlər çox az-az xatırlanacaq, investisiyalar və praktiki məsələlərin həlli yolları haqda söhbətlərə isə daha geniş yer veriləcək.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 125

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...