MÜSAHİBƏ
A- A A+

Həsən Məmmədzadə: Dağlıq Qarabağda səyahətçilərə yer yoxdur

2015-10-14 09:30:13

Litvanın nüfuzlu «Lietuvos žinios» nəşrində Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin “Dağlıq Qarabağda səyahətçilərə yer yoxdur” sərlövhəli müsahibəsi dərc edilib. (http://lzinios.lt/lzinios/Pasaulis/kalnu-karabache-nera-vietos-keliautojams/210559)

Azərbaycan diplomatı bu müsahibədə litvalı turistlərin şirnikləndirilərək Dağlıq Qarabağa səfərə aparılmasının qəbuledilməzliyi, hərbi münaqişəsi zonasında həqiqi vəziyyət barədə məlumat verilib.

Səfir H.Məmmədzadə qeyd edir ki, Ermənistan öz daxili problemləri ilə məşğul olmaq əvəzinə, Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı münaqişəni qızışdırır. Dağlıq Qarabağ problemi ilə bağlı ritorika insanların diqqətini gündəlik qayğılardan yayındırmaq üçü yaradılıb.

Həsən Məmmədzadə vurğulayıb ki, Ermənistan Prezidentinin guya Dağlıq Qarabağın Ermənistana mənsub olması barədə cəfəng, beynəlxalq aləmdə əhəmiyyət verilməyən bəyanatlarına baxmayaraq, beynəlxalq birliyin üzvlərinin əksəriyyəti, o cümlədən Litva da Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Səfir Həsən Məmmədzadə diqqətə çatdırıb ki, Azərbaycan həmişə bu münaqişənin diplomatik vasitələrlə həllinə çalışıb, lakin müharibə təhlükəsi yaranarsa biz münaqişənin hərbi yolla həllindən çəkinmirik. Səfir vurğulayıb ki, bizim yerimizə dünyanın hər hansı başqa dövləti olsaydı, o da belə hərəkət edərdi.

Litva KİV-lərində Dağlıq Qarabağa səfər etməyə səsləyən maraqlı məqalələr dərc olunmasını şərh edən Həsən Məmmədzadə soruşur: Hərbi əməliyyatlar zonasında hansı turizmdən söhbət ola bilər. Belə səyahətlər həm təhlükəli, həm də qanunsuzdur. Səfir izah edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər beynəlxalq hüquq normalarını pozur. Azərbaycan dövlətinin sərhədlərini qanunsuz keçən hər kəs cinayət məsuliyyəti daşıyır. Belə “səyahətləri” təşviq edənlər isə sadəcə, Litva cəmiyyətini aldadır.

Səfir H.Məmmədzadə əminliklə bildirir ki, bəzi “kəskin duyğu həvəskarları”nın bu cür hərəkətləri Litva ilə Azərbaycanın dostluq münasibətlərini korlaya bilməyəcək. Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmət edir, Azərbaycan da Litvanın bu qətiyyətli və ardıcıl mövqeyini alqışlayır.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1147

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...