QHT və MEDİA
A- A A+

QHT maarifləndirmə işini həyata keçirib

2019-08-30 07:30:05

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “İcmaların məktəblilər və valideyn komitələri vasitəsilə Açıq Hökumətin Təşviqi üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində Quba rayonunun Rustov kəndində 26. 08. 2019-cu il tarixdə məktəblilər və valideyinlərə təlim keçirildi.

Təlimdə 15 nəfər iştirak edirdi. "Elektron portallardan istifadə bacarıqlarının artırılması ilə yerli icmalarda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və xidmət mədəniyyətinin yüksəldılməsi” mövzusunda təlimin məqsədi Açıq Hökumətin prinsipləri barədə valideyn komitələrinin və məktəblilərin məlumatlılığının artırılması, məktəblilər və valideyn komitələri vasitəsilə icmalarda Açıq Hökumətin təşviqinə dəstək vermək olmuşdur.

Layihə koordinatoru Fərrux Əsgərov giriş sözü ilə layihənin Donoru, məqsədi üzrə iştirakçıları məlumatlandırdı və sözü təlimçi Nizami Musayevə verdi. Təlimçi Nizami Musayev Elektron portaldan istifadə qaydaları ilə hədəf qrup üzvlərini ətraflı məlumatlandırdı və Elektron Dövlət Portalında qeydiyyatdan keçməyin qaydalarını geniş izah etdi.

İştirakçı İlkanə Mirzəmmədova tədbirdə aktiv iştirak etdiyinə və dəqiq elmlərə böyük marağı olduğuna görə valideyn Gülnaz Turabova ilə birlikdə gələcəkdə könüllü olaraq kənd sakinlərinin Elektron Dövlət Portalı üzrə məlumatlandırılmasını öhdələrinə götürdülər. Çay fasiləsindən sonra layihə eksperti Emin Əsgərov iştirakçıları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Xidmətlər Reyestri ilə məlumatlandırdı.

İştirakçılar tərəfindən təlim qiymətləndirildi. İştirakçılar təlimdən razı olduqlarını və yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 387

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...