SİYASƏT
A- A A+

Elşad Mirbəşiroğlu: Ermənistan baş nazirinin son açıqlamaları beynəlxalq instansiyalar üçün bir siqnal olmalıdır

2019-08-30 07:15:41

.

Avqustun 5-də Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirməsinin tam etirafı kimi qiymətləndirilməlidir. Təbii ki, Paşinyan siyasi təfəkkürə malik deyil və buna görə də səsləndirdiyi fikirlərin məsuliyyətini tam dərk etmir, ən azından, fikirlərinin paradoksallığını anlamır. Belə ki, Paşinyan dəfələrlə bildirib ki, Ermənistan separatçı “Dağlıq Qarabağ respublikası” adından danışa və qərar verə bilməz. “Qarabağ Ermənistandır” deməklə isə o, özü də bilmədən etiraf etmiş oldu ki, münaqişənin subyektləri yalnız Ermənistan və Azərbaycandır. Artıq beynəlxalq dairələrin də işğalçı Ermənistanı öz adı ilə çağırmaları üçün daha bir ciddi əsas yarandı. Çünki Ermənistanın rəhbəri ölkəsinin işğalçı olduğunu aydın ifadə etdi. Bu, beynəlxalq hüququn nümayişkaranə şəkildə pozulması və dünya üçün olduqca təhlükəli presedent kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq qeyd edib ki, Ermənistan çəkinmədən Azərbaycan ərazilərinin anneksiyasını həyata keçirməyə çalışır. Təbii ki, artıq qeyd edildiyi kimi, bu, Paşinyanın səriştəsizliyindən irəli gəlir. Bununla yanaşı, Paşinyan olduqca aciz durumdadır. Onun hakimiyyətdə siyasi ömrünü uzatmaq üçün istinad edəcəyi yeganə amil məhz bu münaqişədir. Bu baxımdan, Paşinyan hökumətinin üzvləri də özlərini siyasi cəhətdən qorumaq üçün Qarabağ məsələsindən qalxan kimi istifadə edirlər. Bu məqsədlə özlərinə hətta işğalçı deməkdən də çəkinmirlər. Ermənistan rəhbərliyinin səsləndirdiyi sərsəm fikirlər işğalçı Ermənistanın onsuz da mənfi olan beynəlxalq imicini daha da korlayır.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın işğalçı kimi tanıdılması istiqamətində davamlı səylər göstərməkdədir. Paşinyanın səsləndirdiyi fikirlər onun özünə və komandasına müəyyən xal gətirə bilər, lakin ümumilikdə isə onun mövqeyi işğalçı Ermənistanı ifşa edir və ona qarşı beynəlxalq qınağı gücləndirir. Deməli, Paşinyan Ermənistan üçün deyil, özünün marginal maraqları üçün çalışır. Ermənistan baş nazirinin səsləndirdiyi fikirlər beynəlxalq instansiyalar üçün bir siqnal olmalıdır. Paşinyan aşkar nümayiş etdirir ki, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və ümumiyyətlə, beynəlxalq hüququ tam əhəmiyyətsiz sayır. Bununla yanaşı, bir daha əyani şəkildə sübut edir ki, o, danışıqlarda sadəcə imitasiya ilə məşğuldur.

Politoloq qeyd edib ki, Paşinyan ermənilərin diqqətini dərin sosial-iqtisadi və siyasi xarakterli problemlərdən yayındıraraq “xarici təhlükə” ətrafında həmrəyliyə, daha dəqiq desək, hakimiyyətinin təhlükəsizliyinə nail olmaq istəyir. Amma unudur ki, Ermənistanı çox böyük risk qarşısında qoyur. Onun opponentləri bundan istifadə etmək istəyəcəklər. Deməli, bütün hallarda Paşinyanın siyasi karyerasını xilas etmək imkanları kifayət qədər məhduddur. Çünki verdiyi vədlərin heç birini yerinə yetirə bilməyən Paşinyanın elektoral bazası sürətlə zəifləməkdədir.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır. Azərbaycan BMT və digər regional və beynəlxalq təşkilatlara Dağlıq Qarabağla birgə üzv olub. Bu baxımdan, ölkəmizin ərazi bütövlüyünə aşkar hərbi və siyasi təcavüzün qarşısının alınması üçün ciddi addımların atılması beynəlxalq instansiyaların qarşısında duran zəruri vəzifədir. Əks təqdirdə, qlobal təhlükəsizlik üçün ciddi təhdid olaraq qalan erməni işğalının nəticələri müharibə yolu ilə aradan qaldırılacaq. BMT Təhlükəsizlik Şurası özü öz qətnamələrinə hörmət nümayiş etdirərək işğalçı Ermənistana münasibətdə tələb olunan ölçüləri götürməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi və siyasi gücə malikdir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 225

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...