CƏMİYYƏT
A- A A+

“1918-ci il hadisələri - unudulmayan tarix” sənədli filminin təqdimatı keçirilib

2019-08-28 16:35:16

Avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı hazırlanmış “1918-ci il hadisələri - unudulmayan tarix” sənədli filminin təqdimatı keçirilib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasında innovativ vasitələrin tətbiqi” layihəsi çərçivəsində hazırlanıb.

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru Mübariz Nağıyev, ingilis dilində tərcümə edən İzzət Hacıyevdir.

Filmin ssenari müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, bu mövzu ilə bağlı aparılmış tədqiqat materiallarının kitab halında çap olunmasına və film kimi hazırlanmasına AMEA tərəfindən rəy verilib.

Ə. Bəydəmirli qeyd edib ki, 1918-ci il soyqırımı hadisələri 10 ildən artıq tədqiq olunub. 1918-ci il hadisələri ilə bərabər, ümumilikdə o dövrdə gedən ictimai-siyasi proseslər təhlil olunub. Tarixi hadisələr ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad etməklə təsvir edilib.. Araşdırmalar bir neçə istiqamətdə aparılıb. Filmdə Azərbaycanın maddi və mədəniyyət resurslarına qarşı törədilən vəhşiliklər haqqında məlumatlara yer verilib.. Filmdə müxtəlif arxiv sənədləri ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub

Onu da qeyd etmək lazımdır ki, filmdə canlı şahidlərdən 114 yaşlı Quba sakinləri Saat Əhmədovanın, yaşı 100-ü ötmüş Sədrəddin Abdullayevin, Şamaxı sakini 108 yaşlı Rza Malımovun video görüntüləri təqdim olunub.

Tədbirdə həmçinin İsveçdə Azərbaycanın təbliğatı ilə məşğul olan və bu gün tədbirə qatılan Cavanşir Abdulla, filologiya üzrə fəlsəfə döktoru Tariyel Abbaslı, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, QHT sədləri Akif Nağı, Faiq İsmaylov, Məhluqa Qaramanlı, Sultan Əzimzadə, Naibə Behbudova, “QHT” az saytının, “QHT” tv-nin rəhbəri Cəsarət Hüseynzadə, BDU-nun müəllimi, media təmsilçisi Əlisəfa Mehdiyev və digərləri filmi yüksək dəyərləndirərək təkliflərini bildirdilər. Filmin müzakirəsi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 827

QHT və MEDİA

2020-01-27 08:40:28

QHT və MEDİA
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, i...

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...