SİYASƏT
A- A A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Köçkünlərin şəraitinin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindəndir”

2019-08-26 22:05:17

.

"Uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir".

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər qarşısında çıxışı zamanı bildirib.

Mehriban Əliyeva ad günündə məcburi köçkünlərlə bərabər, doğma insanların əhatəsində olmağın onun üçün xoş olduğunu qeyd edib:

"Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması. Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram".

Birinci vitse-prezidenti qeyd edib ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıistiqamətində çox işlər görülüb: "Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib".


Kateqoriya : SİYASƏT Baxış sayı : 352

QHT və MEDİA

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...