SİYASƏT
A- A A+

Azərbaycan İsveçrədə keçirilmiş Qlobal Sülh Konfransında təmsil olunub

2019-08-26 11:40:47

İsveçrənin Bazel şəhərində Sülh və Dialoq İnstitutu tərəfindən Bazel Qlobal Sülh Konfransı təşkil edilib. Yalnız xüsusi dəvət olunanların iştirak edə bildiyi tədbirdə İsveçrənin, ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin, KİV-lərin nümayəndələri, elm xadimləri, həmçinin bir sıra mötəbər QHT-lərin təmsilçiləri iştirak ediblər

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova konfrans çərçivəsində "Sülhün və təhlükəsizliyin təmin olunmasında mədəniyyətlərarası dialoqun rolu" adlı sessiyada mühazirə ilə çıxış edib. O, insan hüquqları, İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi, beynəlxalq münasibətlərdə kiçik dövlət-böyük dövlət qarşıdurması, nüvə təhlükəsizliyi, Azərbaycanın xarici dövlətlərlə əlaqələri və s. mövzularda tədbir iştirakçıları tərəfindən ünvanlanmış çoxsaylı sualları cavablandırıb.

Diplomat qeyd edib ki, dünyada zorakı ekstremizm, ksenofobiya və ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycanın multikulturalizm ənənələri sülh quruculuğunda mühüm rol oynaya bilər. Müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir.

Azərbaycanda yaşayan müxtəlif etnik və dini qruplar barədə məlumat verən X.İbrahimova yəhudi icmasına toxunaraq qeyd edib ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi məktəbi, üç uşaq bağçası və İşiva kolleci fəaliyyət göstərir. Xristian icmasının da ölkəmizdə sülh şəraitində yaşadığını söyləyən X.İbrahimova bu kontekstdə 2002-ci ildə Papa II İohan Pavelin Azərbaycana səfərinə toxunub, bu səfər zamanı ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda fəaliyyət göstərən Katolik Kilsəsinə torpaq sahəsinin ayrıldığını və bu sahədə Müqəddəs Məryəm Kilsəsinin Heydər Əliyev Fondu və Qafqaz Müsəlmanları İdarəsinin maliyyə dəstəyi ilə tikilib ölkəmizin xristian icmasının istifadəsinə verildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, bütün dünyada dini, mədəni və sosial obyektlərin bərpası və inşasına diqqət yetirdiyi, misal olaraq, Vatikanda kilsənin bərpası, Pakistanda məktəb tikintisi kimi layihələri uğurla başa çatdırdığı bildirilib. Bundan başqa, Azərbaycanın sünni və şiələrin sülh şəraitində yaşadığı və məsciddə birgə namaz qıldıqları nadir ölkələrdən biri olduğu da vurğulanıb.

Azərbaycan hökumətinin ölkə daxilində multikulturalizmi dövlət siyasəti elan etməklə yanaşı, ölkə xaricində də mədəniyyətlərarası dialoqu təşviq etdiyi və bu məqsədlə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi”nin əsasının qoyulduğu qeyd edilib. Bildirilib ki, “Bakı Prosesi” bu gün BMT və Avropa Şurası çərçivəsində qəbul edilmiş termindir və bu proses çərçivəsində Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyinin təşkilatçı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO), Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaş qismində çıxış etdiyi Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir. X.İbrahimova “Bakı Prosesi”ni ölkəmizin İslam və Qərb dünyası arasında dialoqa töhfəsi kimi xarakterizə edib.

Eyni zamanda, konfrans iştirakçıları Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının işğalı, azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması barədə məlumatlandırılıb. Bu münaqişənin yaratdığı faciəvi nəticələrə baxmayaraq, Azərbaycanın müasir dövlət qurmağa nail olduğu və bugünkü beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olduğu vurğulanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 153

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...