SOSİAL
A- A A+

“Khaleej Times” qəzeti Milli Xalça Muzeyindən yazıb

2019-08-25 10:25:37

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən qədim ingilisdilli nəşri olan “Khaleej Times” qəzetində Azərbaycan Milli Xalça Muzeyinə həsr olunmuş məqalə dərc olunub

“Sehrli xalçalar diyarı olan Bakı ilə tanışlıq” adlı məqalənin müəllifi jurnalist Şeyx Ayaz yazıda muzeyin yeni binasının gözəlliyi və möhtəşəm memarlığı, eləcə də kolleksiyaların zənginliyi haqqında məlumat verir.

Müəllif yazıda muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “Azərbaycanın elə bir regionu yoxdur ki, orada xalça toxunmasın. Hər regiona onlarla kompozisiya məxsusdur və bu kompozisiyalarda xalqın inanc və istəkləri əks olunur. Kompozisiyalar bir birini təkrarlamır!” sözlərini sitat gətirir.

Həmçinin yazıda Azərbaycan xalçalarının müxtəlif növlərindən bəhs olunur, ölkəmizin xalçaçılıq tarixinə və məşhur “əjdahalı xalçaları”nın misalında, hətta ayrı elementlərin tarixinə də toxunulur.

Müəllif muzey kolleksiyasının geniş təsvirinə özünün səmimi münasibətini göstərərək eksponatlar arasında onu ən çox heyran edən xalçanı xüsusi olaraq qeyd edir.

“Muzey kolleksiyasında ən sevdiyim xalçanın süjeti talesiz sevgililər – Leyli və Məcnun haqqında əfsanə əsasında qurulub. Burada eşqdən ağlını itirmiş, ayaqları qandallanmış Məcnun və həyati səhnələrin parlaq panoraması fonunda sevgilisinin yolunu gözləyən Leyli təsvir olunub”, - deyə müəllif yazıb.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 264

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...