SİYASƏT
A- A A+

Ərdoğan: “Terrorla mübarizədə ən kiçik boşluğa yol verməyəcəyik”

2019-08-24 15:25:55

.

“Bələdiyyə sədrlərinin vəzifəsi xalqa xidmət etməkdir. Şəhid ailələrini qapı arxasında qoyanları biz də qapı arxasında qoyarıq”.

APA-nın yerli bürosunun xəbərinıə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Təhlükəsizlik Akademiyasında zabit və çavuş məzunların buraxılış mərasimində işdən çıxarılan 3 bələdiyyə sədrləri haqqında danışarkən bu fikirləri bildirib.

Ərdoğan deyib ki, Türkiyə dövləti terrorla mübarizədə ən kiçik bir boşluğa yol verməyəcək, qədim tarixi olan bu dövlətin bayrağını gələcək nəsillərə təhvil vermək üçün həm rəsmi dairələrdə, həm də meydanlarda qətiyyətini davam etdirəcək:

“Millətin pulunu dağa göndərənlərin tamaşaçısı olmayacağıq. Kim terrorla, terrorçularla əlbir olarsa, o zaman biz də xalqın bizə verdiyi səlahiyyətlərdən istifadə edərik. Bələdiyyə sədrlərinin vəzifəsi xalqa xidmət etməkdir”.

Ərdoğan əlavə edib ki, məsumla terroirçuya fərq qoymadan milyonlarla insanı öldürənləri demokratiya tərəfdarı kimi qəbul edirlər:

“Ölkəmizin təhlükəsizliyi üçün nə lazımdırsa, o şəkildə davranacağıq. S-400 almamız da təhlükəsizliyimizin təminatı üçündür. Biz Türkiyə xalqı şəhidlər verərkən, öz rahat şəraitlərinin pozulmasından narahat olanların sözünə görə hərəkət edəcək deyilik”.

Qeyd edək ki, avqustun 19-da Türkiyənin Diyarbəkir, Van və Mərdin böyükşəhər bələdiyyə sədrləri terrorla əlbir olmaqda şübhəli bilindikərinə görə, işdən azad olunub. Onların barəsində istintaq araşdırmalarına başlanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 399

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...