MƏDƏNİ
A- A A+

Şəhidimiz Nurəddin Fətullayevin xatirəsi anılıb

2019-08-23 09:05:08

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Cəbrayıl rayonu uğrunda qəhrəmanlıqla şəhid olmuş igid döyüşçü Nurəddin Fətullayevin avqustun 22-də İstiqlal Muzeyində xatirəsi anılıb.

Şəhid Nurəddin Fətullayevin ailə üzvləri və döyüş yoldaşları, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri, rayonun tanınmış ziyalıları, şair və yazıçıları və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı tədbirdə ötən əsrin 80-ci illərin axırları - 90-cı illərinin əvvəllərində erməni quldurlarının əsassız ərazi iddiası ilə nəticəsində baş verən qanlı müharibənin ağır fəsadları, torpaqlarımızın işğalı, eləcə də igid Vətən övladlarının doğma yurdumuz uğrunda göstərdikləri qəhrəmanlıq nümunələri haqqında məlumat verib. Qeyd edilib ki, Cəbrayıl rayonu Qarabağ torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə 378 şəhid verib. Həmin döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır...

Tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli şəhid Nurəddin Fətullayevin mənalı həyat və döyüş yolundan danışarkən məlumat verib ki, igid Vətən müdafiəçisi cəmi 20 il yaşasa da, öz qısa ömrü ilə əbədiyaşarlıq qazanıb. Gəncədə peşə məktəbində oxuyarkən təhsilini yarımçıq qoyaraq silaha sarılıb. Bir il yarımdan artıq qanlı döyüşlərdə iştirak edən Nurəddin yaralansa da, sağalaraq yenidən cəbhəyə qayıdıb. Cəbrayılın müxtəlif cəbhə kəndlərində döyüşlərdə iştirak edən Nurəddin Fətullayev 1993-cü il avqustun 15-də şəhidlik zirvəsinə yüksəlib.

Ehtiyatda olan zabitlər Rafiq Bayramov, Səxavət Mirzəyev, şəhidin komandiri Təfəkkül Həsənov və başqaları Cəbrayıl uğrunda gedən qanlı döyüşləri xatırlayıb, doğma yurdlarına tezliklə qayıdacaqlarına əminliklərini ifadə ediblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 234

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...