MÜSAHİBƏ
A- A A+

Nuru Bayramov: “Bu əməliyyatlar kifayət qədər çətin proseslərdir”

2015-10-13 09:15:59

Müsahibimiz Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovdur

O,  klinikanın yaradilması və qarşıya qoyulan  missiyanı necə yerinə  yetirilir sualını belə cavablandırır:

 -Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilməyə başlanılmış və 2013-cü ildə Bakı şəhərində 14 mərtəbədən ibarət müasir standartlara cavab verən möhtəşəm bir tibb ocağı xəstələrin və müəllim-tələbə heyətinin istifadəsinə verilmişdir.

Yaradılmasında əsas  məqsədimiz xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin ən son etibar edə bilcəyi diaqnostika, müalicə və cərrahi mərkəzə çevrilməkdir. Bununla yanaşı yüksək səviyyədə elm-tədris proqramları həyata keçirmək, tibbi kadrların hazırlanması səviyyəsini yüksəltmək, həmçinin ixtisaslaşdırılmış tibbi təhsil və tibb elminin inteqrasiyasının təmin edilməsi üçün imkanların yaradılması, nəzəri biliklərin praktik təcrübə ilə daha sıx əlaqələndirilməsi bizim hədəfimiz olub.

-Sizin bu klinikanın texniki bazası, tibbi avadanlıqların təminatı prosesi necə təşkil olunub?

-Klinikada tədrislə yanaşı əhaliyə yüksək səviyyədə diaqnostik və cərrahi tibbi xidmət göstərilir. Klinikamız müasir tibbi təchizat sistemləri ilə təmin edilmişdir. Beləki burada beynəlxalq tibbin tələblərinə cavab verən son dərəcə müasir tibbi cihaz və avadanlıqlar quraşdırılmışdır. Belə müasir aparatlar və tibb cihazlarının hesabına klinikamızda yüksək səviyyədə cərrahi əməliyyatlar həyata keçirilir. Klinikaının Əməliyyat bloku  dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Klinikada  demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir  Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir. Kinika tamamilə kompyuterləşdirilmiş sistemdə qurulmuşdur. .

-Xarici ölkələrin  elmi mərkəzləri, tanınmış  tibb klinikaları ilə əməkdaşlığınız necə davam etdirilir?

 -Elm  dünyadan təcrid olunmuş  şəkildə inkişaf edə bilməz. Ona görə, beynəlxalq əməkdaşlıq olmalıdır. Dünyada tanınan elm ocaqlarının, universitetlərin təcrübəsindən həm bəhrələnmək lazımdır, həm  əldə etdiyimiz  nailiyyətləri, elmi nəticələri  onlarla  bölüşmək lazımdır. Azərbaycan müstəqilliyinə  qovuşduqdan sonra elmi əlaqələrimiz xeyli genişlənib və güclənib. Mən deyərdim ATU-nun  alimləri beynəlxalq aləmə inteqrasiya prosesində artıq öz sözlərini deyiblər.  Bu əməkdaşlıq Azərbaycanın  tibb təhsilinə yalnız fayda verir.

Bu gün  Amerikanın, Turkiyənin,  Almaniyanın, İtalyanın, Rusiyanın və digər ölkələrin tanınmış universitetləri ilə geniş əməkdaşlığımız mövcuddur.  Həmin universitetlərlə mütəmadi olaraq təcrübə mübadiləsini, elmi əlaqələrimizi genişləndiririk. Bizim tələbələrimiz  mütəmadi olaraq  Türkiyənin və digər ölkələrin universitetlərində təcrübə keçirlər. Həmçinin həmin ölkələrin universitetlərinin  alimləri Azərbaycana gələn zaman  bizim tələbələrimizə mühazirələr oxuyurlar. Onu da qeyd edim ki, bu informasiya  mübadiləsi qarşılıqlı şəkildə davam edir.  Tibb Universitetinin   professorları da mütəmadi olaraq  xarici  ali məktəblərdə, beynəlxaq  təşkilatların tədbirlərində  çıxış edirlər, fikir mübadiləsi aparırlar.

-Sizin bu tibb ocağı  Azərbaycanda fəaliyyət göstərən digər klinikalarından nə ilə  fəqlənir?

-Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası  digər klinikalardan fərqlənir.  Bizdə daha ağırlaşan, həllində müəyyən qədər problemlər olan xəstələri müalicə edtmək inkanları var. Bütün   müasir texniki avadanlıqlar, mövcud kadr potensialı bu işləri görməyə, ən ağır cərrahi əməliyyatları yerinə yetirməyə imkan verir. Klinikanin laboratoriya şöbəsi də yüksək keyfiyyətdə qurulub. Burada biokimyəvi, mikrobiologiya, immunologiya, molekulyar genetika ve digər bölmələr var. Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq məhz bizim klinikada dünya səhiyyə təşkilatının qəbul etdiyi CLSİ standasrtlarına uyğun biokimyəvi və immunoloji  analizlər aparılır. Burada quraşdırilan xüsusi çox funksiyalı işıqlandırma sistemi  və kamera vasitəsi ilə əməliyyat prosesləri dərs otaqlarına, tədris və konfrans zallarına həmçinin xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir və tibb mərkəzinin arxivinə yüklənilir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyyə Klinikasına (ATUTCK)  bütün beynəlxalq standartlara cavab verən, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş Şüa diaqnostika şöbəsi mövcuddur. ŞöbədəUSM, Rəngli doppler, Kompyuter tomoqrafiya (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT), Koronar KT angioqrafiya, Rentgen kimi diaqnostik müayinələr peşəkar həkimlərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir.

-Qarşıya qoyulan missiyanı yerinə yetirmək mümkün olurmu?

-Biz daimi olaraq xidmətlərimizin keyfiyyətini artırmaq üçün araşdırmalar aparır, tibbi personalın respublika daxilində və xaricdə təhsil almasını və təlim keçməsini təmin edirik. Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Kliinikamızda tələbər, rezidentlər və doktorantların təhsili və biliklərini artırmaq üçün geniş mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası var. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB ölkələrində analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyatlar quraşdırılıb.

Amacımız beynəlxalq səhiyyə sisteminə inteqrasiya olmaq,  Qafqaz regionunda ən yaxşı tibb mərkəzlərindən birinə çevrilərək, dünya səhiyyə sistemində layiqli və səviyyəli bir yer tutmaqdadır.

-Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası bu işləri həyata keçirərkən aztəminatlı ailələri, məcburi köçkün və qaçqılnlar nəzərə alınırmı. Həmin kateqoriyadan olan insanlar müalicə üçün müaraciət edəndə  hər hansı güzəştlər tətbiq olunurmu?

-Əvvəldən qeyd etdiyim kimi bizə ən ən çox  daha ağır xəstələr müraciət edirlər.  Biz onların müalicəni aparırıq.  Bu klinikada da bu əməliyyatlar kifayət qədər çətin proseslərdir.  Lakin biz bu işləri yerinə yetirərkən həmin aztəmitatlı ailələri, məcburi  köçkünləri nəzərə alırıq.  Onlara müalicə prosesində müəyyən qədər  güzəştlər tətbiq olunur.

Fact-info.az

 

 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1441

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...