SİYASƏT
A- A A+

Azərbaycana qarşı növbəti təxribat:Qondarma DQR-in daha bir hesabatı BMT-nin saytında yerləşdirilib

2019-08-22 16:10:01

Azərbaycana qarşı daha bir təxribat törədilib

Fact-info.az APA-ya istinadla xəbər verir ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb.

İcmal qondarma respublika hökumətinin demokratik və dayanıqlı ölkə qurulmasına, ölkənin iqtisadi, sosial və mədəni inkişafını təmin etməyə yönəlmiş ümumi siyasətini təqdim edir.

İcmalda, həmçinin, davamlı inkişaf sahəsində Azərbaycan tərəfindən ciddi təhlükəsizlik çağırışlarına, təhdidlərə baxmayaraq, xüsusi məqsədlərin həyata keçirilməsi üzrə irəliləyişlər haqda məlumat verilir.

Məlumatda bildirilir ki, icmal qondarma "DQR"-in "Xarici İşlər Nazirliyinin" təşəbbüsü ilə hazırlanıb və qondarma respublikanın "Davamlı İnkişaf üzrə Milli Şurası" tərəfindən təsdiqlənib.

Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunmuş sənəd BMT-nin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bu ilin aprelində də Ermənistan öz illik hesabatı ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edib və bu sənədlər BMT-nin rəsmi səhifəsində yayımlanıb.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 160

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...