QHT və MEDİA
A- A A+

Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub

2019-08-21 09:25:02

.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun layihələri çərçivəsində paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb.

Heydər Əliyev Fondu ötən müddət ərzində səhiyyə və sosial sahələrdə bir sıra layihələr həyata keçirib. Bu layihələr sırasında “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək və digər səhiyyə və sosial proqramları qeyd etmək olar.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq məqsədilə növbəti dəfə paytaxtdakı Talassemiya Mərkəzində olub. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin əsas məqsədi ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin edilməsidir.

Daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif şöbələrdə müalicə alan uşaqlara baş çəkildi, balacaların tezliklə sağalması arzuları ifadə olundu. Qeyd edildi ki, hazırda xəstəxananın uşaq-cərrahiyyə korpusunda 40-a yaxın uşaq müalicə alır.

Tibb müəssisələrində müalicə olunan uşaqlarla növbəti görüş Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında baş tutdu. Uşaqların müalicəsinin gedişi ilə maraqlanan Leyla Əliyeva Fondun səhiyyə və sosial sahələrlə bağlı məsələləri daim diqqətdə saxladığını bildirdi.

Balacalara, həmçinin müxtəlif hədiyyələr təqdim edildi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 398

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...