SOSİAL
A- A A+

“Qarabağ” Fondu ABŞ Dövlət Departamentində keçirilən dünya diaspor forumunda iştirak edib

2015-10-12 09:10:40

Vaşinqtonda keçirilən 2015-ci il Dünya Diaspor Forumu həftəsinin başlanmasına həsr edilmiş tədbir çərçivəsində ABŞ Dövlət Departamentində “Tərəfdaşlıq sferası” sərgisi təşkil olunub. Sərgidə Azərbaycan mədəniyyətini “Qarabağ” Fondu təmsil edib

ABŞ dövlət katibi Con Kerri tədbirdə çıxış edib. O, ABŞ diasporları arasında əməkdaşlığın vacibliyindən və ümumdünya diplomatiyasında onların əhəmiyyətindən söhbət açaraq qeyd edib ki, hazırda öz ölkəsindən kənarda yaşayan miqrantların sayı 230 milyona çatır. C.Kerri deyib ki, immiqrantların sayı ən çox olan ölkələr arasında birinci yeri ABŞ tutur. Dövlət Departamentinin başçısı bildirib: “60 milyondan çox amerikalı birinci və ikinci nəsil immiqrantlardır”. Tədbirdə “Qarabağ” Fondunun icraçı direktoru Diana Altman və Fondun mədəniyyət məsələləri üzrə nümayəndəsi İsmayıl Hüseynov başqa etnik icmaları və təşkilatları təmsil edən diaspor qruplarının nümayəndələri ilə görüşüb, onlarla əməkdaşlıq məsələlərini müzakirə ediblər. ABŞ hökumətinin nümayəndələrinə “Qarabağ” Fondunun mədəni diplomatiya vasitəsilə amerika ictimaiyyətini Azərbaycan haqqında maarifləndirmək missiyası haqqında məlumat verilib. Dünya Diaspor Forumunun iştirakçıları sərgidə “Qarabağ” Fondu üçün ayrılmış guşə ilə tanış olublar. Onlar Fondun missiyasına və təşkilatın Azərbaycan mədəniyyətinə həsr edilmiş növbəti tədbirlərində iştiraka böyük maraq göstəriblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 1253

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...