QHT və MEDİA
A- A A+

“Azərbaycanın müstəqillik şairləri” kitabı təqdim olunub

2019-08-20 12:20:39

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Türk dünyası İnfo” İctimai Birliyi “Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” layihəsi icra edir.

Azərbaycanda Atatürk Mərkəzində layihə çərçivəsində hazırlanmış “Azərbaycanın müstəqillik şairləri” (ingilis dilində) adlı kitabın təqdimatı keçirilib. Tədbirdə layihə çərçivəsində Azərbacanın müstəqilliyi dövründə yazıb yaradan müasir şairlərin ingilis dilinə tərcümə olunmuş əsərlərindən ibarət örnəklər antologiya şəklində ictimaiyyətə təqdim olunub.

Layihənin rəhbəri və kitabın tərtibçisi “Türk Dünyası İnfo” İB-nin sədri jurnalist, şair Dəyanət Osmanlı, məslhətçi akademik Nizami Cəfərov, ön sözün müəllifi professor Bədirxan Əhmədli, redaktor filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayevadır. Antologiyada ümumilikdə 34 tanınmış şairin 150-dən çox şeiri yer almışdır. Şeirləri ingils dilinə İlahə Abdullayeva, Sevil Gültən, Kamran Nəzirli, Məsmə İsmayılova və başqaları tərcümə ediblər.

D. Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən Şuraya, könüllü iştirakçılara təşəkkür edərək bildirib ki, layihə Azərbaycanın müstəqillik dövrünün tanınmış müasir şairlərinin əsərlərindən ibarət örnəkləri ingilis dilinə çevirib, antologiya şəklində nəşr etməklə yaradıcılıq nümunələrimizin beynəlxalq aləmdə tanıdılmasına istiqamətlənib. "Təqdim etdiyimiz layihənin məqsədinə uyğun olaraq ədəbiyyatımızın təbliği sahəsində problemi diqqətlə öyrənmiş və həlli yollarını müəyyən edə bilmişik. Topladığımız təcrübəyə əsaslanaraq qeyd edə bilərik ki, nə qədər ədəbiyyat var, əsərlər yazılırsa, onların ən dəyərlilərinin müxtəlif dillərə çevrilərək beynəlxalq sferada təbliği işi aktuallıq kəsb edəcəkdir. Bu tanıtım ədəbyyatımızın dünyaya inteqrasiyası, həm təbliği, həm də mədəniyyətlərin təmasında özünün zənginləşməsi deməkdir. İctimai birlik olaraq bundan əvvəllər də ədəbiyyatımızın xaricdə tanıdılması istiqamətində bir sıra təşəbbüsləri reallaşdırmışıq. Belə ki, Şuranın dəstəyi ilə müasir Azərbaycan şairlərinin əsərləri tərəfimizdən Türkiyə türkcəsinə və gürcü dillərində irihəcmli antologiyalar hazırlanaraq Ankarada və Tbilisi şəhərlərində ictimaiyyətin diqqətinə təqdim olunub. Bu cür layihələri gələcəkdə də davam etdirməyi düşünürük".

Tədbirdə çıxış edənlərdən Paşa Qəlbinur, Elbariz Məmmədli, İlham Qərəman, Xəyal Rza, Seymur verdizadə, Qəşəm Nəcəfzadə, Xanəmir Telmanoğlu, Elnur Uğur, Faiq Balabəyli və başqaları antologiyanın müstəqillik dönəmi ədəbiyyatımızın təbliğinə və araşdırılmasına mühüm töhfə olduğunu, bu cür təşəbbüslərinartırılmasına və dəstək verilməsinə ehtiyac duyulduğunu vurğulayıblar. Layihənin həyata keçirilməsi dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyə yeni nəsil yaradıcı insanlarının ictimai platformadan müsbət reaksiyası kimi dəyərləndirilib.

Qeyd edək ki, “Azərbaycanın müstəqillik şairləri” (ingilis dilində) adlı kitabın aparıcı kitabxanalara, tələbə gənclərə, ictimai-sosial qurumlara, diplomatik nümayəndəliklərə paylanılması nəzərdə tutulub. Bu toplu ilə ədəbi dairələr, tələbə-gənclər, elmi araşdırmaçılar (qurumlar) müasir Azərbaycan poeziyasının azadlıq,milliözünüdərk prosesində rolunu əks etdirən poetik materiallarla, müstəqillik dönəmində ədəbiyyata gəlmiş bir sıra tanınmış şairlərin yaradıcılıq nümunələri, düşüncələri ilə tanış ola biləcəklər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 240

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...