QHT və MEDİA
A- A A+

ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ SİRRİ AÇDI - SSRİ gizlədirdi

2019-08-19 11:45:38

ABŞ Çernobıl Atom Elektrik Stansiyasında qəza haqqında kəşfiyyatın hesabatını məxfilikdən çıxardıb.

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik Arxivinin sənədinə istinadən “RİA-Novosti” agentliyi bildirib.

2 may 1986-cı il tarixi qoyulmuş məxfi məruzə ABŞ dövlət katibi Corc Şults üçün onun müavini Morton Abramovis tərəfindən yazılıb. Qeyd edilir ki, qəzadan sonrakı birinci günlərdə Amerika xüsusi xidmət orqanları SSRİ-nin açıqladığından daha çox insanın öldüyünü fərz edir. Arqument kimi “RBMK-1000” reaktorlarından hər birində çalışan işçilərin sayı haqqında məlumatlar gətirilir.

“Gecə növbəsində 25-35 insan durur. Bir halda ki, 3-cü və 4-cü enerji blokları bir-birinə yaxın yerləşib, reaktor ətrafında insanların sayı 70-ə qədər ola bilərdi”, - sənəddə deyilir.

Kəşfiyyat dağıntıları göstərən şəkillərə əsaslanaraq fərz edib ki, partlayışın episentrində olanlar ya dərhal, ya radiasiyanın yüksək dozasından ilk saatlarda ölüblər.

Çernobıl Atom Elektrik Stansiyasında qəza 26 aprel 1986-cı il oldu. O bəşəriyyətin tarixində ən böyük texnoqen qəzalarından biri hesab edilir.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasında qəza 1986-cı il aprelin 26-da baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.

AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına 7 min nəfər azərbaycanlı da cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub. Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Qeyd edək ki, BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 223

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...