MÜSAHİBƏ
A- A A+

Senator Natali Qule: Demokratik inkişaf yolunda olan Azərbaycanı dəstəkləmək lazımdır

2015-10-10 15:15:38

“Eurovision-2012”, “Bakı-2015” birinci Avropa Oyunları kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycan bu gün beynəlxalq səviyyədə tanınır

Bu fikri Fransa Senatının üzvü Natali Qule “L'Orne Combattante” portalına müsahibədə deyib.

Fransanın Orn departamentinin Montiyi-sür Nuaro qəsəbəsində təşkil olunacaq yarmarkada iştirak üçün Azərbaycanın da dəvət olunmasından bəhs edən senator artıq 15 ildir ölkəmizi tanıdığını bildirib. O, bu yarmarkanın beynəlxalq səviyyədə tanınmış, dinamik iqtisadi inkişafa malik ölkəmizlə Orn departamenti arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib. N.Qule hər iki ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrdən də danışıb.

Bəzən Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirildiyini deyən fransalı senator bunların qərəzli və qeyri-obyektiv olduğunu vurğulayıb. O, Azərbaycanın gənc ölkə olduğunu və ikili standartlara məruz qaldığını diqqətə çatdırıb. Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan N.Qule bildirib ki, demokratik inkişaf yolunda olan bu ölkəni dəstəkləmək lazımdır. Azərbaycanın Ermənistan ilə müharibə şəraitində olmasından söhbət açan senator Fransada fəaliyyət göstərən mətbuat orqanlarının bu məsələdə susqunluq nümayiş etdirdiyini təəssüflə bildirib. N.Qule xalqları, mədəniyyətləri birləşdirən müxtəlif festivallar vasitəsilə mədəniyyət sahəsində əlaqələri möhkəmləndirməyə və ümumi dəyərləri təşviq etməyə çağırıb.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 892

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...