SOSİAL
A- A A+

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətləri artırılır

2019-08-18 07:55:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci mərhələsi çərçivəsində iştirakçıların seçiminə start verilib

Proqramın ikinci mərhələsində iştirak etmək üçün müraciət edən əlilliyi olan şəxslərin ünsiyyət bacarıqları, hədəfləri, liderlik qabiliyyəti, motivasiyası, təhsil və təcrübələri qiymətləndirilir. Layihə çərçivəsində ilk təlim kursu sentyabrın əvvəlində başlayacaq və təlimdə 20 nəfər iştirak edəcək. Ümumilikdə isə proqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı şəhəri üzrə 100 nəfər əlilliyi olan şəxsin cəlb olunması nəzərdə tutulub.

Onlara ingilis dili, kompyuter bacarıqları tədris olunacaq, psixoloji konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması məqsədilə də təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.

Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.


Kateqoriya : SOSİAL Baxış sayı : 176

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...